Ayı, canavar və tülkü bütün yayı mehriban və yaxın dostlar kimi yaşadılar. Lakin qış gələndə hər yeri qalın qar örtdü və aclıq başlandı. Ayı çürük ağacların dalınca getdi.
Bu vaxt tülkü canavara dedi:
- Gəl ayını yeyək.
- Əgər ayı eşitsə ki, bunu sən demisən, o bizim hər ikimizi yeyər.
- Əgər sən mənə qulaq assan – deyə tülkü dilləndi, - biz ayını aldadıb yeyə bilərik. Indi sən uzan və özünü ölülüyə vur. Səni suya atsaq, özünü elə göstər ki, sən dirildin.
Ayı geri qayıtdı. O gördü ki, canavar ölüb. Ayı ağladı və dedi:
- Bizim yaxın dostumuz öldü. Tülkü isə onu sakitləşdirib dedi:
- Ağlama, mənə məlumdur ki, bu çayın suyu ölünü dirildir.
Ayı və tülkü canavarı çaya gətirib onu suya atdılar. Canavar “dirildi”. Onda tülkü ayıya dedi:
- İcazə ver səni yeyək. Yazda biz səni suya atarıq və sən dirilərsən. Buna görə sən iyirmi beş qoyun əldə edərsən.
Ayı razılaşdı. Tülkü və canavar onu yedilər.