Təsadüf Azərbaycan nağılı
|
Səhifələr: << < 2 3 4 5 6 7 8 9 10 > >>
Yurdda yeddi siçan olurdu. Gecə olan kimi siçanlar yuvalarından çıxıb ora-bura qaçışmağa, hər yeri axtarmağa başlayırdılar. Yaxşı gizlədilməmiş, ağzı yaxşı örtülməmiş şeyləri iyləyib tapır, dadına baxır, çeynəyirdilər. Ev sahibəsinin qış üçün hazırladığı təknədəki pendirə başlarını soxur; dolçadakı ayrandan içir... Başlarını vurmamış heç nə qoymurdular!
Bir dəfə də siçanlar ev sahibəsindən bir parça piy oğurladılar və onu özləri üçün qışda ehtiyat saxlamaq qərarına gəldilər. Bəs necə saxlasınlar?
|
Bir arat-maldar1 nağıla qulaq asmağı sevirdi. Bir dəfə qaranlıq payız axşamlarından birində onun yurduna bir bətərçi2 gəldi və gecələməyə yer istədi.
Ev sahibi dayanıb öz-özünə fikirləşdi: “Əgər bətərçini yanımda saxlasam, gərək ona yemək verəm. Ancaq bir iş də var ki, çoxlu maraqlı nağıl eşidəcəyəm. Onu qovsam, onda bu keyfdən məhrum olaram”.
Bətərçi isə qapının ağzında sakitcə dayanıb ev yiyəsinə dedi:
|
Baharda keçi ilə çəpiş otlaqda otlayırdı. Onlar hər yerə ikisi birlikdə gedir, qoca keçi çalışırdı ki, çəpiş üçün elə yerlər axtarıb tapsın ki, orada zərif, dadlı tər otlar olsun. Onlar otlaqdakı bütün otları qırpıb yeyəndən sonra qoca keçi çəpişə dedi:
– Sən dayan burada, mən gedib yaxşı bir otlaq yeri tapım. Bu zınqırovu da sənə verirəm, başına bir qəza gəlsə o saat onu çal. Keçi bu sözləri deyib üstü naxışlı girdə mis zınqırovu çəpişin boynundan asdı, özü də onunla salamatlaşıb getdi.
|
Bir dəfə yağışlı bir gündə Kra adlı meymunla Raonq adlı qurbağa ağac altında oturub soyuqdan bir-birlərinə şikayət edirdilər.
– Krrx, krrx! – deyə Kra öskürdü.
– Qur, qur, qur! – Raonq quruldadı.
|
Meşə qırağındakı çəmənlikdə bir at otlayırdı, ondan azca aralı dayça özü üçün atılıb-düşürdü. At tez-tez balasını səsləyirdi; onu çox istəyirdi. Dayça isə meşə qırağında keyfi kök, atılıbdüşürdü: gah anasının yanına qaçır, gah da dördayaq o tərəfə götürülüb qaçırdı.
– Oğlum, qulaq as, gör nə deyirəm, – deyə at oğluna nəsihət etdi. – Uzağa qaçma. Buralar qorxuludur. Sən həmişə mənim yanımda ol. Bir şey olanda da harayına tez çata bilim.
|
Biri vardı, biri yoxdu, bir qoca Şaxta vardı. Qoca Şaxtanın bir oğlu vardı - cavan Şaxta. Bu oğul elə lovğa idi ki, gəl görəsən! Sözlə deyiləsi deyil. Ona qulaq asanda adama elə gəlirdi ki, dünyada ondan ağıllısı, ondan güclüsü yoxdur. Bir dəfə cavan Şaxtanm ağlına bir şey gəldi, î fikirləşdi:
“Atam artıq qocalıb! İşini yaxşı görə bilmir. Mən həm cavanam, həm də güclüyəm - mən ondan daha yaxşı insanları dondura bilərəm! Mənim əlimdən heç kəs qaça bilməz, mənimlə heç kim bacara bilməz: hamının öhdəsindən gələ bilərəm!”.
|
Keçmiş zamanlarda Koreyada İrl Lam adlı bir oğlan vardı. Onun ata-anası öləndən sonra mülkədar Li üçün nökərçilik eləməyə başladı. İrl Lam inəkləri otarır, su daşıyır, odun doğrayır, düyü təmizləyirdi. Bütün bunların əvəzində mülkədar Li ona ancaq yemək verirdi.
Bir dəfə payızda bərk külək qopdu. Ağası İrl Lama tapşırdı ki, tez çəltikdən kəndir hörüb evin damını sarımaq lazımdır. Külək onu qopardıb apara bilər. İrl Lam isə kəndir hörməyi bacarmırdı. O, ha əlləşirdi bir şey çıxmırdı, hörə bilmirdi. Bu dəfə də ağa onun yanına gələndə İrl Lam cəmi bir arşın uzunluğu olan kəndiri ona uzatdı. Qəzəblənmiş ağa qışqırdı:
|
Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı. Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü. Qoca bərk sevindi.
O biri gün o, tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə əjdaha və tovuz quşu şəkilləri olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi:
|
İki qardaş vardı.
Böyük qardaş Nor Bu dövlətli və zalım idi, elə zalım idi ki, qonşuların qanını qaraltmaq üçün quyuya tüpürər, itləri yoldan keçənlərin üstünə qısqırdardı. Kiçik qardaş Xın Bu isə darısqal və qaranlıq daxmasında öz böyük ailəsilə nə qədər pis dolansa da, xoşrəftar və rəhmdil idi; hərəni bir dillə danışdıra bilirdi, o özünün axırıncı tikəsini ehtiyacı olan hər kəslə bölməyə hazır idi. Bir dəfə elə ittifaq düşdü ki, Xın Bunun əkinini su basıb tələf etdi, qardaşının yanına getdi ki, ondan bir az darı istəsin. Nor Bu qapının ağzında qardaşını görən kimi söyüb qovdu. Xın Bu bir kəlmə söz demədən qayıdıb evinə getdi. Arvadı onun üzünə baxan kimi o saat başa düşdü ki, əli boş qayıdıb. Ona ürək-dirək verib dedi:
|
Qədimlərdə Almaz dağlarında Pak adlı tamahkar bir adam olurdu. Gözünə nə dəysəydi, istərdi özü üçün götürsün, yenə də gözü doymazdı.
Bir dəfə onun tələsinə bir dələ düşdü – özü də elə belə sadəsindən yox, gümüş yunlu dələ.
Pak sevindi. Dələni öldürmək istədi. Birdən dələ insan kimi dil açıb dedi:
– Məni öldürmə, burax gedim! Əvəzində sənə ürəyin istədiyin qədər gümüş verərəm.
|
|
Səhifələr: << < 2 3 4 5 6 7 8 9 10 > >>
|
|