top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 1 2 3 4 5 6 7 8 9 > >>

Biri vardı, biri yoxdu. Bir qoca ilə bir qarı vardı. Onların altı oğlu, bir qızı vardı. Bir dəfə ata oğullarını tarlanı şumlamağa göndərdi. Oğullar hazırlaşdılar və dedilər:

- Qoy bacımız bizə əkin yerinə yemək gətirsin, günün ortasında bir də evə qayıtmayaq.

Bacı soruşdu:

- Bəs sizi necə tapım?

Qardaşlar dedilər:


Bir kənddə bir qoca və bir qarı var idi. Onların uşaqları böyüyb ev-eşik sahibi olmuşdular. Var-dövlətdən qocanın və qarının yalnız bir toyuğu, bir də pişikləri vardı. Bir gün qarı qocaya dedi:

- Mənə samandan bir cöngə düzəldə bilərsənmi?

- Dəli olmusan nədir? Cöngə nəyinə lazımdır?

- Biz onu otararıq.


Keçmiş zamanlarda bir cavan oğlan həmişə öz kasıblığından şikayət edərdi.

– Ah, nə yaxşı olardı ki, mənim də böyük bir dövlətim olaydı! Onda mən həmişə deyib-gülüb yaşardım! – deyə o həmişə zarıldayardı.

Bir qoca daşyonan onun evinin yanından keçəndə oğlanın sözlərin eşidib dedi:


Bir qaranquş vardı. O özü üçün damın lap qırağında yuva tikmişdi. Qonşuluqda bu evin taxtapuşunda sərçə özünə yuva qurmuşdu. Ancaq nə yuva idi! Bu yuva, su borusu ilə taxtapuşun arasındakı sadəcə yarıq idi.

Qaranquş hər il bala çıxarar, sonra da onlara uçmaq və oxumaq öyrədərdi. Ancaq ana sərçənin işi tamam başqa idi. O da hər il bir neçə yumurta yumurtlayar, ancaq bircə dəfə bala çıxara bilməzdi, ya dəcəl uşaqlar gəlib yumurtaları onun yuvasından götürər, ya da balaları pişik yeyərdi.


Lap qədimlərdə balaca bir siçan balası var idi. Onun bir güzgüsü var idi. Bu güzgü sadə güzgü deyildi, sehrli idi. Kim bu güzgüyə baxsa idi, özünü böyük və qüvvətli görərdi. Siçan balası da həmişə öz sehrli güzgüsünə baxar, ona elə gələrdi ki, o elə doğrudan da dünyada tayı bərabəri olmayan ən böyük və güclü heyvandır. Siçan balası o biri siçanlara çox yüksəkdən baxmağa başlamışdı. Onlarla oynamaq, hətta danışmaq da istəmirdi. O, küncdə oturub lovğa-lovğa öz bığını tumarlayar, ya da öz cumbulu ayaqlarilə yeri tapdalayardı, qulağını torpağa qoyub qulaq asardı ki, görsün ayağının zərbəsindən yer titrədi, ya yox! Onun heç ağlına gəlməzdi ki, dünyada ondan böyük və güclü heyvan ola bilər.


Qədimlərdə danışırlarmış ki, möminlərin hökmdarı Əli vuruşmadan qayıdanda Məhəmməd peyğəmbər ona deyir:

– Ey Əmranın oğlu, bu gün sən Rüstəm kimi vuruşdun.

Günlərin bir günü Əli soruşdu:

– Rüstəm deyilən kimdi, axı?

Məhəmməd cavab verdi:


Günlərin bir günü Rüstəm Rəxşi yəhərlədi, ayağını üzəngiyə keçirdi, quş kimi yəhərin belinə sıçradı, yerini rahatladı, sevgi şeirləri qoşa-qoşa qəhrəmanlıqlar göstərə-göstərə uzaq səfərə çıxdı. Qayışbaldır kəhər uzaqlara səkdi, damarları elə bil polad idi, ayaqları isə qüdrətli sütunlara bənzəyirdi. Göylər haqqı, belə bir atdan ötrü bir andaca sevgilimin zülflərindən imtina eləyərdim. Əlindəki polad qılınc gözəllərin başının üstündən asılmasın, qoy onlar xoşbəxt ömür sürsünlər. Az getdi, çox getdi, gəlib bir çəmənliyə çatdı.

Rüstəm Rəxşi çəmənliyə otlamağa buraxdı. Özü isə yayını və oxunu götürüb çöllüyə düşdü. Bir xeyli gəzib dolaşdı, nəhayət, bir çöl eşşəyini gözü aldı. Oxu atması ilə şikarın öldürülməsi bir oldu – çöl eşşəyi yerindən tərpənə bilmədi. Rüstəm onun dərisini soydu, ətini qızartdı və qarnını bərkitdi. Sonra girşaspın qalxanını başının altına qoydu və bərkdən xorna çəkməyə başladı.


Günlərin bir günü Keykavus min atlıyla ova çıxdı. Onlar ova çıxdılar, yolda üç div – Arçanq, Xarçanq və Ağ div – pusqu qurmuşdular. Divlər Keykavus padşahı və onun məiyyətlərini əsir aldılar. Əsirləri dərin bir quyuya saldılar və ovsunladılar. Ovsundan onların gözləri tutuldu, heç nə görmürdülər. Ağ div, Arçanqla Xarçanqa dedi:

– Mənim ürəyimi çıxardıb, suda bişirən və suyunu bu əsirlərin gözünə çəkən adam bunların gözünü aça bilər. Ağ Divin dediyi sözləri Keykavusun qulağı çaldı.

Quyunun ağzına iri daş qoydular. Ağ Div quyunun keşiyini çəkməyi on iki divə tapşırdı, quyunun ağzındakı daşı ancaq bu divlər qaldıra bilirdilər. Divlər acanda Keykavusun quyudakı əsgərlərindən çıxarıb aşırırdılar.


Günlərin bir günü Kuku-Kusor və İsfəndiyar Zaldan xərac almağa qırx süvari göndərdilər. Həmin vaxtlar Rüstəm balaca uşaq idi, uşaqlarla oynayırdı. Uşaqlardan biri ona dedi:

– Sən əgər belə güclüsənsə, atandan xərac almağa gəlmiş süvariləri qov.

Rüstəm Zalın yanına gəldi, Zal isə xəracı artıq İsfəndiyarın adamlarına vermişdi. Rüstəm atasından soruşdu:


Günlərin bir günü Kuku-Kusor və İsfəndiyar Zaldan xərac almağa qırx süvari göndərdilər. Həmin vaxtlar Rüstəm balaca uşaq idi, uşaqlarla oynayırdı. Uşaqlardan biri ona dedi:

– Sən əgər belə güclüsənsə, atandan xərac almağa gəlmiş süvariləri qov.

Rüstəm Zalın yanına gəldi, Zal isə xəracı artıq İsfəndiyarın adamlarına vermişdi. Rüstəm atasından soruşdu:


Səhifələr: << < 1 2 3 4 5 6 7 8 9 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo