Təsadüf Azərbaycan nağılı
|
Səhifələr: << < 1 2 3 4 5 6 > >>
Qənçil bol sulu, enli çay qırağına yaxın yerdəki hündür təpədə istirahət etməyi çox xoşlayırdı. Bu təpə hər tərəfdən yarğanla əhatə olunmuşdu. Yağış yağanda çayın suyu qalxıb lap təpənin başına qədər çıxırdı, təpənin başında şaxlı-budaqlı fikus ağacı ucalırdı. Ağacın budaqlarının ucu az qala yerə dəyirdi. Ağacın altı isə tər-təmiz olurdu, – elə bil ki, süpürgə ilə süpürülürdü – külək hər gün ağacın altına düşən yarpaqları sovurub yarğana tökürdü. Bir dəfə Qənçil, ağacın altında uzanaraq tənbəl-tənbəl göyşəyə- göyşəyə bərk yuxuya getmişdi. Bu vaxt bir yağış tökdü ki, elə bil göydən sel axırdı.
|
Hacıleylək bərk ac idi. O, səhərdən özünə yeməyə bir şey axtarırdı, ancaq əlinə heç nə keçməmişdi: bütün günü bir qurbağa balası da tuta bilməmişdi.
Gün batana yaxın, Hacıleylək böyük gölün qırağına gəldi. Bu göl çox qəşəng idi. Yoldan keçənlər bu gölü görəndə bir xeyli vaxt dayanıb onun gözəlliyinə tamaşa edirdilər: gölün suyu göz yaşı kimi dupduru idi, balıqlar da o tərəf-bu tərəfə qaçışırdı. Hacıleylək suya girdi ki, balıqlardan tutub yesin, ancaq balıqlar onu görən kimi, dimdiyinə düşməmək üçün o saat gizləndilər. Hacıleylək çox gözlədi ki, bəlkə balaca bir balıq da olsa tuta bilsin. Ancaq nahaq yerə vaxt itirirdi.
|
Biri var idi, biri yox idi, bir cüt geyilib köhnəlmiş ev ayaqqabısı var idi: kişi-ayaqqabı və arvad-ayaqqabı. Əgər bu ayaqqabılara diqqətlə baxsa idiniz o saat aralarında olan fərqi görərdiniz: sağ ayağın ayaqqabısı sol ayağın ayaqqabısına nisbətən enli və böyük idi. Bu da aydındır: axı ayaqqabının sol tayı arvad, sağ tayı kişi idi.
Bu ayaqqabılar öküz dərisindən tikilmişdi, özü də Lombok adasında yerləşən Sasak məmləkətinin padşahı olan racənin idi. Racə bu ayaqqabıları çox istəyirdi, ona görə də bunları hər gün – səhərdən axşamacan ayağından çıxarmazdı. Yatanda isə ayaqqabıları həmişə götürüb rəfin üstünə qoyurdu. Racə təmizliyi və səliqəli olmağı çox sevirdi.
|
Ulu Şun qədimlərdə xeyirxah bir hökmdar idi. Taxta çıxmamışdan əvvəl ona gün verib işıq vermirdilər. Ulu Şun niyə bu qədər dözürdü? Məsələ burasındadı ki, anasının ölümündən sonra kor atası yenidən evləndi. Təzə arvaddan bir oğlan doğuldu, adını Syan – yəni Fil qoydular. Syan yaman məğrur idi, adamlar onu elə beləcə də – Məğrur Syan çağırırdılar. Qəlbiqara böyüyürdü: fikri-zikri adamlardan yuxarıda durmaq, başqalarının malını mənimsəmək idi. Ana-bala tez-tez məsləhətləşirdilər: necə edək ki, Şunu pisikdirək. Atalar sözündə deyilir: “Analıq olan yerdə oğulluq da olmalıdı”. Onun kor atası da axmağın biriydi, tezliklə o da arvadının və oğlunun yolunu tutdu. Günlərin bir günü analığı Şuna dedi:
|
Li Binin Şu əyalətində hakimiyyətə keçdiyi vaxtlar Yanszı çayının ruhu ildə iki cavan arvad alırdı. Çayın ruhu Xe-bo kimi şəhvətli və həris idi. Acığı tutanda göylərə ucalan iri dalğalar yaradırdı, daşqın törədirdi. Adamlar yaman əziyyət çəkirdilər. Adətə görə, toy keçirənlərə pul yığıb vermək və şəhvətli çay tanrısına qızlar seçmək lazım gəlirdi. Li Bin çay tanrısının biabırçılıqlarından xəbər tutdu və toy keçirənlərə dedi:
– Bu il pul yığmaq lazım deyil, Yanszı çayının hüzuruna mən öz qızlarımı göndərəcəyəm.
|
Günlərin bir günündə mülkədarla muzdur arasında bərk mübahisə düşdü. Muzdur mülkədara deyirdi:
– Nə olsun ki, mən yoxsulam! Ancaq əvəzində mən yaxşı işləməyi bacarıram.
– Vay səni it oğlu! – deyə mülkədar qışqırdı. – Sənin o bacarığın nəyə lazımdır ki, o bacarıqla da, elə onsuz da dilənçisən ki, dilənçi!
– Mənim əlimdən əkmək, biçmək, üyütmək, su daşımaq, odun doğramaq gəlir. Sənin əlindən nə gəlir? – deyə muzdur öz ağasından soruşdu.
|
Keçmişlərdə balaca Utszyançjuan kəndində Lao Li adlı bir kəndli öz arvadı ilə yaşayırdı. Onlar o qədər də varlı deyildilər. Süfrə qırağında əyləşəndə qabaqlarındakı boşqab heç boş olmurdu. Bu ki, özü yaxşı əlamətdir, ancaq bir kəs Laodan və ya arvadından soruşsa idi ki, yaşayışlarından razıdırlarmı? – Onlar cavab verərdilər ki, yox razı deyillər. Çünki onların övladı olmurdu. Ancaq onlar çox istəyirdilər ki, bir oğlanları ya qızları olsun.
Bir dəfə Lao Li çəltik küləşini satmaq üçün şəhərə bazara getdi. O, özünə münasib bir yer seçib arabasını saxladı və müştəri gözlədi. Lao Linin arabasının yanında meyvəsatan özünə yer eləyib səbətlərini qoydu. Səbətlərdə armud, alma, gavalı, bir səbətdə də sapsarı kəhrəba rəngli, par-par parıldayan xurma vardı. Çox keçmədən küləş alan müştəri tapıldı. Lao Li tez sövdələşib küləşi satdı, pulunu alıb getmək istədi. Bu vaxt bunların yanından eşşəyə minmiş, sısqa, uzunayaq bir rahib keçdi. Eşşəyin tərsliyi tutdu, rahib ona bərk bir çubuq çəkdi. Eşşək ağrıdan bərk anqırıb dal ayaqları üstə çökəndə xurma səbətinə toxundu səbət aşdı, içindəki xurmalar yerə səpələndi.
|
Şimal dağlarında doxsan yaşlı bir qoca yaşayırdı, camaat ona Yuy-qun, yəni Gic baba deyirdi. Onun evinin qarşısında Tayxanşan və Vanuşan adlı iki dağ vardı, hər gün bu dağları dolanıb keçmək onu əziyyətə salırdı. Qoca böyüklü-kiçikli bütün ev adamlarını məsləhətə yığdı.
– Bu dağlar yolumuzu kəsib, canımızı boğazımıza yığıb. Dağları başqa yerə köçürsək necə olar?
Yuy-qunun oğlanları və nəvələri: – Yaxşı olar, yaxşı olar! – deyə qışqırışdılar.
|
Bu əhvalat lap qədimlərdə, yer üzünü hansı imperatorun idarə etdiyi məlum olmayan vaxtda olub. O qədim vaxtlarda Çju-tszı adlı bir oğlan vardı. Atasından ona bir balaca parça tarla qalmışdı. Bu tarla o qədər kiçik idi ki, Çju-tszı nə qədər çalışıb əlləşirdi, yenə də anası və özü güc-bəla ilə dolanırdılar.
Onlar çox kasıb idilər. Ancaq hər halda təzə il axşamı anası yığıb dala atdığı on gümüş manatı çıxardıb oğluna verdi:
– Başqalarınkı kimi, qoy bizim də evimizdə bayram olsun. Get bazara, bir az un və meyvə al, mən düşbərə bişirim.
|
Bir rahib məktəbdə uşaqlara dərs verirdi. Ancaq dünyada ən çox sevdiyi şey yemək və yatmaq idi. Hər dəfə o şagirdlərə dərs deməyə gələndə o qədər yeyərdi ki, yolu güclə yeriyə bilərdi. Məktəbə gələn kimi onu yuxu tutar və bir də zəng çalınıb dərsin qurtardığını bildirəndə oyanardı.
Şagirdlərin arasında kasıb bir kəndli oğlu da var idi. Onun adı Li idi. Bir dəfə Li rahibə müraciət edib dedi:
|
|
Səhifələr: << < 1 2 3 4 5 6 > >>
|
|