Təsadüf Azərbaycan nağılı
|
Səhifələr: << < 6 7 8 9 10
Bir şəxsin uzun müddət uşağı olmurdu. Nəhayət arvadı ona bir oğlan doğdu. Bu elə uşaq idi ki, böyük oğlana oxşayırdı. Oğlanın olmasına sevinən ata böyük məclis düzəltdi. Şadyanalıqdan sonra, oğlan birdən dil açıb dedi:
- Ata mən artıq böyümüşəm. İcazə ver, ata minib sənin sürülərini otarım.
- Sən nə danışırsan? – deyə ata etiraz etdi. Sən hələ çağasan!
|
Mən sizə bir ovçu haqqında danışmaq istəyirəm. Bir kənddə kasıb, çox kasıb ovçu yaşayırdı. Köhnə tüfəngindən başqa onun heç nəyi yox idi. Buna baxmayaraq onun balaca oğlu böyüyürdü. Ovçu övladını sevirdi.
|
Biri vardı, biri yoxdu bir qoca çoban vardı. Onun nə arvadı, nə də oğlu vardı. Çox illər idi ki, o, xana muzdurluq edir, onun minlərlə qoyununu otarırdı. Özünün isə heç nəyi yox idi. Çoban auldan bir az kənarda yaşayırdı.
Günlərin bir günü o, səhər erkən adəti üzrə balaca çəlləkdə xəmir yoğurdu, sonra isə xanın qoyunlarını çölə apardı. Çobanla çox gec qayıtdı və burada uşaq səsi eşitdi. Otağa daxil olanda gördü ki, xəmir yoğurduğu balaca çəlləkdə bir uşaq uzanmışdır. Qoça buna çox sevindi. O, uşağı qucağına götürüb, xanın yanına qaçdı.
|
Bir mollanın evində un qurtarır. Qış vaxtı olduğundan havalar soyuq idi. Şaxta da bir tərəfdən. Dəyirmanın dəhnəsində su azalmışdı. Ona görə də, üyüdülmək üçün bura buğda gətirənlərin sayı artmışdı. Hər kəs öz növbəsini gözləyirdi.
- Özün dəyirmana get, - deyə arvadı mollaya məsləhət gördü. – Sən burda hörmətli adamsan, orada səni çox gözlətməzlər.
|
Bir həftədən çox idi ki, çaqqal şikarsız qalmışdı. Acından tamam arıqlamışdı. Bir gecə o, yaxınlıqdakı kəndə ova getdi. Toyuq- cücə tapmaq ümidi ilə burada dolandı, amma əlinə hec nə kecmədi. Çarəsiz qalıb bir evin damına çıxdı. Bacadan aşağı düşən çaqqal düz gedib boya ilə dolu çəlləyin icinə düşdü. Ev yiyəsinin yun sapları boyamaq üçün hazırladığı rəngə boyanan çaqqal “daha mənim axırımdır”,deyə düşündü və meşəyə tərəf götürüldü.
Bu vaxt onun qabağına bir tülkü çıxdı.
|
Xatay-Xutay ölkəsi padşahının gözəl bir bağı vardı. Buranı müxtəlif meyvələri olan ağaclar bəzəyirdi. Bağa təkcə bağban girə bilərdi. Lakin bura Falfaraş-Axun adında bir tülkü dadanmışdı. O, qarnını doyurmamış burdan çıxıb getməzdi. Bağban qərara gəldi ki, nə olursa-olsun bu heyvanı tutmalıdır. Ona görə də tələ qurdu və ona böyük bir tikə quyruq qoydu. Tezliklə tülkü bağa gəldi. O, quyruğu görüb çox sevindi.
“Xöşbəxtlik mənim yanıma öz ayağı ilə gəlib”, - deyə tülkü Allaha şükür etdi.
|
Biri vardı, biri yoxdu, bir dəyirmançı vardı. Dəyirman iti axan çayın üstündə idi, o, özü isə öz işinin ustası idi. Dəyirmançı həyatından heç vaxt şikayətlənməzdi.
Onun saqqalı isə həmişə una bulanmış olardı. Lakin, bir gün dəyirmançı öldü. Onun üç oğlu qaldı və onlar mübahisəyə başladılar: dəyirmanla nə edək?
İki böyük qardaş onu bölmək istədi, kiçik qardaş isə onları yola gətirməyə çalışdı ki, burada birgə fəaliyyət göstərsinlər.
Məgər onları yola gətirmək olar?
|
Deyirlər ki, çoxdan lap çoxdan bir şahlıqda bir qarı yaşayırdı. Onun Ələsgər adında yeganə oğlu vardı. Ələsgər böyüdü, boylu-buxunlu, güclü bir gənc oldu. Bir gün anası ona dedi:
-Sən indi yekə kişisən. Öz çörəyini özün qazanan vaxtındır. Qazanc dalınca get!Səhər qarı evdə olan axırıncı undan oğlu üçün iki lavaş bişirib, ona verdi.
-Bax ha, oğul, - deyə qarı yolqabağı oğluna öyüd verdi, - yolda özündən böyüyə rast gəlsən, onu “ağa” adlandır. Öz yaşına uyğun adamla rastlaşsan, onu özünə qardaş bil. Yol getdiyin adama deyərsən:
|
Ayı, canavar və tülkü bütün yayı mehriban və yaxın dostlar kimi yaşadılar. Lakin qış gələndə hər yeri qalın qar örtdü və aclıq başlandı. Ayı çürük ağacların dalınca getdi.
Bu vaxt tülkü canavara dedi:
- Gəl ayını yeyək.
|
Bilinmir bu əhvalat olub ya olmayıb, lakin deyirlər ki, bir kənddə dul kişi və onun gözəl bir qızı vardı. Dul kişiyə arvadsız yaşamaq çətin idi. Ona görə o, ikinçi dəfə evləndi. Ögəy ana evə daxil olan kimi ögəy qızını sevmədi, səhərdən axşama kimi ərinə rahatlıq verməyərək deyirdi.
-Qızı hara istəyirsən apar, ancaq o, bura qayıtmasın!
Əri ondan xahiş edir, onu yola gətirmək istəyir. Lakin zalım qadın öz sözünün üstündə durur, nəhayət istəyinə nail olur. Qızın özü atasından xahiş edir:
|
|
Səhifələr: << < 6 7 8 9 10
|
|