top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: 1 2 3 4 5 > >>

Keçmişlərdə, lap keçmişlərdə kiçik bir şəhərdə qoca bir quştutan yaşayırdı. Bunun iki oğlu vardı: birinin adı Xunkar, o birinin adı Müslim idi. Uşaqların anası çoxdan ölmüşdü. Onlar da bütün günlərini atalarının yanında qalın meşələrdə keçirirdilər. Onlar quş tutur, meyvə yığır, axtarıb quş yumurtası tapır və ayna kimi dupduru saf dağ çayında çimirdilər.

Bir dəfə qoca quştutan meşədə əcaib bir yumurta tapdı. Bu yumurta elə ağır idi ki, bir adam güclə onu yerdən qaldıra bilərdi. O, bir təhər, oğlanlarının köməyilə yumurtanı sürüyüb şəhərə tacirin yanına gətirdi. Tacir yumurtanın o tərəfinə, bu tərəfinə baxıb mat qaldı, kişiyə dedi:


Bir gün bir kəndlinin atı qaçdı. Kəndli onu axtarmağa yola düşdü. Az getdi, çox getdi, gəlib bir meşəyə çıxdı. Meşəni dolaşanda yoluna bir dağ çıxdı. Dağda bir dərə var idi. Kəndli dərəni keçmək istədi, aşagı baxanda orda bir ilan gördü. İlanın quyruğu bir daşın altında qalmış, yerindən tərpənə bilmirdi.

İlan kəndlini səslədi və ona dedi:

- Məni qurtar, əməlinə görə qiymət alarsan!


Çox qədim zamanlarda bir qoca qadın yaşayardı. Qadının gözünün ağı - qarası bircə oğlu vardı. Onlar meşədə bir komada yaşayardılar. Güzəranları çox ağır idi. Çox vaxt yeməyə bir parça çörək də tapmazdılar.

Oğlanın on iki yaşı tamam olan kimi anası onu uzaqlara, varlı bir evə nökərçiliyə yolladı. Oğlan mal-qaranı və qoyunları otarmağa başladı.

Bir il keçdi, oğlan bir ere zəhmət haqqı aldı, ikinci il üçün də eyni haqq aldı, üçüncü il də o birilərindən fərqlənmədi. O zaman oğlan üç il üçün bütün qazancını götürüb ağaları ilə sağollaşdı və evlərinə yola düşdü.


Uzaq bir ölkədə, şahlıqların birində bir nəfər yaşayırdı.

Bir kəndlinin üç oğlu vardı. Onlardan böyüyü və ortancılı zəhmətkeş və çalışqan idilər, kiçiyi isə dünyada tayı - bərabəri olmayan bir tənbəl idi. Bütün günü sobanın yanında oturar və külün içində eşələnərdi. Dırnaqları caynaq kimi uzanmış, saçlarına isə nə vaxt daraq dəydiyi heç kimin yadına gəlmirdi, buna gorə də onu Külkəman adlandırırdılar.

Heç bir məsləhət və heç bir hədə- qorxu Külkəmanı işləməyə vadar edə bilmirdi. Nəhayət atası boğaza yığıldı, Külkəmana bir az yol azuqəsi verdi və dedi:


Biri var idi, biri yox idi. Bir zərgər var idi. Onun arvadının bircə qırıq da ağlı yox idi, ancaq gicliyi var idi ki, tez-tez kişinin başına olmazın iş gətirərdi.

Günlərin birində usta, bazara gedib bir qucaq pambıq aldı, gətirib arvadına verərək dedi:

– Bunu əyir sap elə.

– Bunu necə eləyirlər? Mənim heç yadıma düşmür ki, pambığı necə əyirirlər! – deyə arvadı səsləndi.

Usta təəccübləndi:


Biri var idi, biri yox idi, Süsəri adlı tarakan arvad var idi. Bunu eləcə Süsəri xala çağırırdılar. Bir dəfə o, bütün dostlarına, tanışlarına gedib baş çəkmək istədi ki, görsün onlar necə dolanırlar. Həm də özünə yaxşı bir yoldaş – ər axtarıb tapmaq fikrinə düşmüşdü ki, ömrünü onunla başa vursun.

O, özünə soğan qabığından paltar tikdi, geyindi, başına badımcan qabığından çadra örtdü, püstə qabığından özünə ayaqqabı düzəldib geydi və yola düzəldi.

O getdi, getdi, gəlib göyərtisatanın dükanına çatdı. Göyərtisatan gördü ki, Süsəri bir geyinib-kecinib ki, gəl görəsən, ondan soruşdu:


Biri var idi, biri yox idi. Bu əhvalat bəlkə də doğrudan olub, bəlkə də heç olmayıb. Bir kişi ilə bir arvad var idi. Bunların uşaqları yox idi. Bunlar isə çox istəyirdilər ki, bir övladları olsun. Günlərin bir günü onların evinə bir dərviş gəldi. Dərdlərindən xəbər tutub onlara belə məsləhət gördü:

– Bir ovuc noxud götürün; onu dibçəyə töküb təndirə qoyun. Üç gündən sonra hər noxuddan bir oğlan, ya da bir qız çıxacaq.

Arvad belə də elədi. Üçüncü günü dibçəyi təndirdən çıxarıb otağın ortasına qoydu, dibçəyin içindəki noxudlar bir-bir yerə atıldılar. Arvad sevindi, əri isə qorxdu:

Qədim zamanlarda Cek O‘Kent adlı bir kəndli yaşayırdı. Kəndlinin Herfordşir mahalında Kenterq yaxınlığında bir zolaq torpağı vardı. Torpağın yetirdiyi məhsul kəndlinin ailəsinə güclə çatır, yarıac-yarıtox birtəhər başlarını dolandırırdılar. Torpağın məhsulu aşıb-daşanda belə Cek O‘Kent kasıblığın daşını ata bilmirdi. Günlərin bir günü torpaq sahəsini şumlayan Cek O‘Kent sahənin kənarına çatanda dönüb geri qayıtmaq istəyirdi ki, birdən başını yuxarı qaldırıb qarşısında dayanmış bir qulyabanı gördü. Ayaqlarını aralı qoyub dayanmış qulyabanı əllərini sinəsində çarpazlayıb kəndlini hirsli-hirsli süzürdü.

O vaxtlar elə bir xoş dövran idi ki, gəl görəsən. Vur çatlasın idi: donuzlar elə donuzdular. İtlər əhəng yeyirdi. Meymunlar tənbəki sümürürdü. Evlərin damını xəmirlə örtürdülər. Küçələrə pudinq döşəmişdilər. Qızardılmış donuz balaları bellərində çəngəl-bıçaq küçələrdə vurnuxub “Gəlin, gəlin bizi yeyin!” deyə aləmə səs salırdılar. Səyyahlar üçün əsl kef çəkməli əyyam idi.

Bəli, Derlastona iş dalınca gəlmiş bir səyyah evə qayıtmaq üçün poçt karetasını gözləməli oldu. Vaxtı itirməyib şəhər kənarını gəzmək qərarına gəldi. Hadisə yayın axırlarında çox sakit, amma bürkülü bir axşam tərəfi baş vermişdi. Biçin başlanmış, arpa biçilib qurtarmışdı. Kəkliklər sarı küləş üstündə qalan təktük buğdaları dənləyirdilər. Artıq torağayların, qaratoyuqların cəh-cəhi eşidilməz olmuşdu. Təkcə qarağacların başında gizlənmiş ağacdələnlərin arabir cikkiltisi eşidilirdi. Ömrünün çoxunu şəhərdə keçirmiş səyyahı çəmənlər ahənrüba kimi özünə cəlb etdi. Odur ki, çəpərdən aşıb çəmənlikdə var-gəl etməyə başladı. Burda qoca kəndlidən başqa heç kəsi görmədi. Onu salamladı:


Yava adasında yoxsul bir kəndli yaşayırdı. Onun azacıq yerində təkcə bircə banan ağacı bitmişdi.

Bir dəfə kəndlinin daxmasının yanından üç yolçu: rahib, həkim və sələmçi keçirdi. Banan ağacını sələmçi birinci görüb, yoldaşlarına belə dedi:

– Biz üçük, kəndli isə təkdir. Biz onun şirin bananlarından dərib yesək, o bizə nə edə bilər ki?

Əli əyri adamlar da kəndlinin gözü qabağında onun yeganə ağacının meyvəsini dərib yeməyə başladılar.


Səhifələr: 1 2 3 4 5 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo