Kənddə bir kasıb kişi yaşayırdı. Onun arvadı və üç qızı vardı. Günlərin birində arvad öldü. Bu ailənin qonşuluğunda bir dul qadın yaşayırdı. O, hər gün kasıb kişinin qızlarını evinə çağırar, onların könlünü ələ almağa çalışardı. Ataları işdən qayıdanda qızlar deyərdilər:
- Ata, nə olar, bu qadınla evlən də.
Kişi qızların sözünə qulaq asıb, dul qadınla evləndi.
Bir gün ögey ana ərinə dedi: