top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Bir gün bir kəndlinin atı qaçdı. Kəndli onu axtarmağa yola düşdü. Az getdi, çox getdi, gəlib bir meşəyə çıxdı. Meşəni dolaşanda yoluna bir dağ çıxdı. Dağda bir dərə var idi. Kəndli dərəni keçmək istədi, aşagı baxanda orda bir ilan gördü. İlanın quyruğu bir daşın altında qalmış, yerindən tərpənə bilmirdi.

İlan kəndlini səslədi və ona dedi:

- Məni qurtar, əməlinə görə qiymət alarsan!


Bir baba meşə ilə yol gedirdi, onun dalınca balaca bir it qaçırdı. Baba az getdi, çox getdi, əlcəyini düşürdü. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi:

- Mən burda yaşayacam.

Bu vaxt bir qurbağa – hop-hop - hoppanıb gəldi və soruşdu:

- Əlcəkdə kim yaşayır?

- Mən hər şeyi gəmirən siçanam! Bəs sən kimsən?


Keçmiş zamanlarda bir cavan oğlan həmişə öz kasıblığından şikayət edərdi.

– Ah, nə yaxşı olardı ki, mənim də böyük bir dövlətim olaydı! Onda mən həmişə deyib-gülüb yaşardım! – deyə o həmişə zarıldayardı.

Bir qoca daşyonan onun evinin yanından keçəndə oğlanın sözlərin eşidib dedi:


Qədimlərdə danışırlarmış ki, möminlərin hökmdarı Əli vuruşmadan qayıdanda Məhəmməd peyğəmbər ona deyir:

– Ey Əmranın oğlu, bu gün sən Rüstəm kimi vuruşdun.

Günlərin bir günü Əli soruşdu:

– Rüstəm deyilən kimdi, axı?

Məhəmməd cavab verdi:


Qədimlərdə yer üzündə Bharata nəslindən olan iki qardaş, iki şah hökmdarlıq edirdi. Böyük qardaşın adı Dhritaraştra, kiçik qardaşın adı isə Pandu idi. Pandu dünyadan cavan köçdü, Dhritaraştra onun beş yetim oğlunu sarayına gətirdi, uşaqlarından seçib ayırmadı, onlarla birlikdə böyütdü. Kuru nəslindən olduğu üçün Dhritaraştranın oğlanlarına Kauravlar deyirdilər. Onlar əmiuşaqlarını xoşlamırdılar, hiylə və məkrlə Pandavları – Pandunun oğlanlarını cəzirəyə on üç illik sürgünə göndərdilər.


Biri vardi, biri yoxdu, kənddə bir gənc yaşayırdı. Onun nə atası, nə də anası vardı. Lakin atasından ona yaxşı bir ev qalmışdı. Günlərin birində gənc atıcılığı ilə əylənəndə, ağacda üç göyərçin gördü.

Gənc oxu atdı və bir göyərçin yerə düşdü, onların ikisi isə uçub getdilər. Onda gənc bıçağı götürb, istədi ki, göyərçinin başını kəssin, quş dilə gəlib, dedi:

- Əgər sən məni kəssən, yaxşı bir iş əldə edə bilməyəcəksən, əgər məni sağ saxlasan qazancın çox olacaq.


Keçmiş zamanlarda bir kəndli yaşayırdı. O, çox kasıb idi, nə qədər çalışsa da, var gücü ilə işləsə də heç nə qazana bilmirdi. Bir gün o, öz tarlasını şumlayarkən bura haradansa şir peyda oldu.

Kəndli qorxdu, şir isə dedi:

- Qorxma! Mən çoxdan sənə göz qoyuram və sən mənim ürəyimə yatmısan. Sən zəhməti sevirsən və böyük həvəslə işləyirsən. Gəl dost olaq. Sən öz işini gör, mən isə öz işimi. Nə əldə edərik, yarıya bölərik.


Bir kəndin sakinləri meşənin kənarındakı tarlanı şumlayırdılar. Torpaq münbit idi, buradan onlar bol məhsul toplayırdılar. Budur, həmin yerdə bir bəbir peyda oldu. O, meşədən çıxaraq burada işləyən əkinçini və onun öküzlərini parçaladı. Belə hadisələr bir neçə dəfə təkrarlandı. Kənddə hamı vahimə içində idi. Igid cavanlar bəbiri öldürməyə yollandılar. Lakin onlar da heç nə edə bilmədilər.

- Deyəsən biz bu bəbirdən yaxa qurtara bilməyəcəyik, - deyə ovçular dilləndilər.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo