top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Keçmişlərdə balaca Utszyançjuan kəndində Lao Li adlı bir kəndli öz arvadı ilə yaşayırdı. Onlar o qədər də varlı deyildilər. Süfrə qırağında əyləşəndə qabaqlarındakı boşqab heç boş olmurdu. Bu ki, özü yaxşı əlamətdir, ancaq bir kəs Laodan və ya arvadından soruşsa idi ki, yaşayışlarından razıdırlarmı? – Onlar cavab verərdilər ki, yox razı deyillər. Çünki onların övladı olmurdu. Ancaq onlar çox istəyirdilər ki, bir oğlanları ya qızları olsun.

Bir dəfə Lao Li çəltik küləşini satmaq üçün şəhərə bazara getdi. O, özünə münasib bir yer seçib arabasını saxladı və müştəri gözlədi. Lao Linin arabasının yanında meyvəsatan özünə yer eləyib səbətlərini qoydu. Səbətlərdə armud, alma, gavalı, bir səbətdə də sapsarı kəhrəba rəngli, par-par parıldayan xurma vardı. Çox keçmədən küləş alan müştəri tapıldı. Lao Li tez sövdələşib küləşi satdı, pulunu alıb getmək istədi. Bu vaxt bunların yanından eşşəyə minmiş, sısqa, uzunayaq bir rahib keçdi. Eşşəyin tərsliyi tutdu, rahib ona bərk bir çubuq çəkdi. Eşşək ağrıdan bərk anqırıb dal ayaqları üstə çökəndə xurma səbətinə toxundu səbət aşdı, içindəki xurmalar yerə səpələndi.

Şimal dağlarında doxsan yaşlı bir qoca yaşayırdı, camaat ona Yuy-qun, yəni Gic baba deyirdi. Onun evinin qarşısında Tayxanşan və Vanuşan adlı iki dağ vardı, hər gün bu dağları dolanıb keçmək onu əziyyətə salırdı. Qoca böyüklü-kiçikli bütün ev adamlarını məsləhətə yığdı.

– Bu dağlar yolumuzu kəsib, canımızı boğazımıza yığıb. Dağları başqa yerə köçürsək necə olar?

Yuy-qunun oğlanları və nəvələri: – Yaxşı olar, yaxşı olar! – deyə qışqırışdılar.

Qədimlərdə Almaz dağlarında Pak adlı tamahkar bir adam olurdu. Gözünə nə dəysəydi, istərdi özü üçün götürsün, yenə də gözü doymazdı.

Bir dəfə onun tələsinə bir dələ düşdü – özü də elə belə sadəsindən yox, gümüş yunlu dələ.

Pak sevindi. Dələni öldürmək istədi. Birdən dələ insan kimi dil açıb dedi:

– Məni öldürmə, burax gedim! Əvəzində sənə ürəyin istədiyin qədər gümüş verərəm.


Biri var idi, biri yox idi, bir tacir var idi. Bir dəfə o uzaq ölkələrə alış-verişə gedəcəkdi. Evindəkilərin hamısını yanına çağırıb dedi:

– Mən gedirəm. Deyin görüm ki, sizin üçün nə gətirim?

Evdəkilərin hərəsi bir şey istədiklərini dedilər. Tacir hamı ilə görüşüb yola çıxmaq istəyirdi. Bu vaxt qəfəsdə oturan tutuquşu – ağası onu həmişə əlinin üstündə oturdub yedirər və içirdərdi – taciri öz yanına çağırıb dedi:

– Mənim də səndən bir xahişim var!


Biri vardı, biri yoxdu, bir qarı ilə oğlu vardı. Əkinçiliklə dolanan onların təsərrüfatları iki öküzdən ibarət idi. Qış günlərinin birində könlünə ət yemək düşən qarı dedi:

-Oğlum, gəl bu öküzlərdən birini kəsək.

Oğlu anasının bu sözündən kədərləndi:

-Ay ana, əgər öküzün birini kəssək, tarlanı neçə şumlayacayıq?

-Məgər biz yaza kimi bir öküz ala bilməyəcəyik? –deyə ana oğlunu sakitləşdirdi.


 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo