Bir kənddə bir qoca ilə bir qarı yaşayırdı. Onların evində iki qız böyüyürdü. Qızlardan biri qarının, o biri qocanın idi. Qocanın qızı gözəlliyi, xoş xasiyyəti və zəhmətkeşliyi ilə se- çilirdi. Qarının qızı isə dalaşqanlığı və tənbəlliyi ilə tanınırdı. Qarı doğma qızlını daim əzizləyər, ögey qızına isə göz verib, işıq verməzdi.
Bir gün qarı qocaya əmr elədi: