top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Biri var idi, biri yox idi, Süsəri adlı tarakan arvad var idi. Bunu eləcə Süsəri xala çağırırdılar. Bir dəfə o, bütün dostlarına, tanışlarına gedib baş çəkmək istədi ki, görsün onlar necə dolanırlar. Həm də özünə yaxşı bir yoldaş – ər axtarıb tapmaq fikrinə düşmüşdü ki, ömrünü onunla başa vursun.

O, özünə soğan qabığından paltar tikdi, geyindi, başına badımcan qabığından çadra örtdü, püstə qabığından özünə ayaqqabı düzəldib geydi və yola düzəldi.

O getdi, getdi, gəlib göyərtisatanın dükanına çatdı. Göyərtisatan gördü ki, Süsəri bir geyinib-kecinib ki, gəl görəsən, ondan soruşdu:


Bu əhvalat lap qədimlərdə, yer üzünü hansı imperatorun idarə etdiyi məlum olmayan vaxtda olub. O qədim vaxtlarda Çju-tszı adlı bir oğlan vardı. Atasından ona bir balaca parça tarla qalmışdı. Bu tarla o qədər kiçik idi ki, Çju-tszı nə qədər çalışıb əlləşirdi, yenə də anası və özü güc-bəla ilə dolanırdılar.

Onlar çox kasıb idilər. Ancaq hər halda təzə il axşamı anası yığıb dala atdığı on gümüş manatı çıxardıb oğluna verdi:

– Başqalarınkı kimi, qoy bizim də evimizdə bayram olsun. Get bazara, bir az un və meyvə al, mən düşbərə bişirim.

Baharda keçi ilə çəpiş otlaqda otlayırdı. Onlar hər yerə ikisi birlikdə gedir, qoca keçi çalışırdı ki, çəpiş üçün elə yerlər axtarıb tapsın ki, orada zərif, dadlı tər otlar olsun. Onlar otlaqdakı bütün otları qırpıb yeyəndən sonra qoca keçi çəpişə dedi:

– Sən dayan burada, mən gedib yaxşı bir otlaq yeri tapım. Bu zınqırovu da sənə verirəm, başına bir qəza gəlsə o saat onu çal. Keçi bu sözləri deyib üstü naxışlı girdə mis zınqırovu çəpişin boynundan asdı, özü də onunla salamatlaşıb getdi.


Bir dəfə yağışlı bir gündə Kra adlı meymunla Raonq adlı qurbağa ağac altında oturub soyuqdan bir-birlərinə şikayət edirdilər.

– Krrx, krrx! – deyə Kra öskürdü.

– Qur, qur, qur! – Raonq quruldadı.


Deyirlər ki, nəinki adamların, hətta bütün canlıların hökmdarı olan Süleyman şahın padşahlığı dövründə bir alim bir piyalə su gətirib deyir:

– Mənə əyan olub ki, əgər sən bu sudan içməsən, tezliklə bu dünyadan gedəcəksən! Əgər bu sudan içsən onda sənə ölüm yoxdur. İstəyirsən – iç, ömrün uzunu, həmişə yaşa, istəmirsən, – içmə, get sən də ölülər dünyasına!

Süleyman şah fikirləşib: “Gərək alimlərlə bir məsləhətləşəm!” – deyə qət edir.


Qədimlərdə Hiranyakaşipu nəslindən olan asur Nikumbhinin iki oğlu oldu, birinin adını Sunda, digərinin adını isə Upasunda qoydular. Oğlanlar kiçik yaşlarından güclərinə və qoçaqlıqlarına görə tay-tuşlarından seçilirdilər. Qardaşlar bir-birindən ayrılmır, can deyib can eşidirdilər. Onlar bir yerdə yatır, bir qabdan yeyir və bir kasadan içirdilər. Dava-dava oyunları da biriydi, əyləncələri də. Bir-birlərinə elə mehr salmışdılar, xasiyyətləri bir-birinə elə oxşayırdı ki, elə bil ekiz taydılar.


Keçmiş zamanlarda bir sağsağan vardı. Sağsağan bir noxud tapıb dəyirmana apardı ki, iki yerə bölsün. Noxudu iki yerə böldü, ancaq iş burasındadır ki, noxud ilişib dəyirmanda qaldı. Sağsağan heç cür noxudu oradan çıxara bilmədi. Sağsağan dülgərin yanına gəlib dedi:

– Dülgər, ay dülgər! Dəyirmanı sındır, mənim noxudumu tap. Bəs mən nə yeyəcəyəm? Bəs mən nə ilə dolanacağam? Bəs mən uzaq ölkələrə necə uçacağam?

Dülgər isə ona belə cavab verdi:


Bir kənddə, qonşuluqda iki kasıb yaşayırdı. Birinin iti, o birinin isə pişiyi vardı. Kasıblar özlərini güclə dolandırırdılar. Bir gün it pişiyə dedi:

-Burada yaşayışımız çox ağırdır. Gəl meşəyə gedək.

Pişik cavabında:

-Qonşu, yəqin ki ,orada günümüz pis keçməz.


 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo