top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Bir rahib məktəbdə uşaqlara dərs verirdi. Ancaq dünyada ən çox sevdiyi şey yemək və yatmaq idi. Hər dəfə o şagirdlərə dərs deməyə gələndə o qədər yeyərdi ki, yolu güclə yeriyə bilərdi. Məktəbə gələn kimi onu yuxu tutar və bir də zəng çalınıb dərsin qurtardığını bildirəndə oyanardı.

Şagirdlərin arasında kasıb bir kəndli oğlu da var idi. Onun adı Li idi. Bir dəfə Li rahibə müraciət edib dedi:


Günlərin bir günü Rüstəm Rəxşi yəhərlədi, ayağını üzəngiyə keçirdi, quş kimi yəhərin belinə sıçradı, yerini rahatladı, sevgi şeirləri qoşa-qoşa qəhrəmanlıqlar göstərə-göstərə uzaq səfərə çıxdı. Qayışbaldır kəhər uzaqlara səkdi, damarları elə bil polad idi, ayaqları isə qüdrətli sütunlara bənzəyirdi. Göylər haqqı, belə bir atdan ötrü bir andaca sevgilimin zülflərindən imtina eləyərdim. Əlindəki polad qılınc gözəllərin başının üstündən asılmasın, qoy onlar xoşbəxt ömür sürsünlər. Az getdi, çox getdi, gəlib bir çəmənliyə çatdı.

Rüstəm Rəxşi çəmənliyə otlamağa buraxdı. Özü isə yayını və oxunu götürüb çöllüyə düşdü. Bir xeyli gəzib dolaşdı, nəhayət, bir çöl eşşəyini gözü aldı. Oxu atması ilə şikarın öldürülməsi bir oldu – çöl eşşəyi yerindən tərpənə bilmədi. Rüstəm onun dərisini soydu, ətini qızartdı və qarnını bərkitdi. Sonra girşaspın qalxanını başının altına qoydu və bərkdən xorna çəkməyə başladı.


Günlərin bir günü Keykavus min atlıyla ova çıxdı. Onlar ova çıxdılar, yolda üç div – Arçanq, Xarçanq və Ağ div – pusqu qurmuşdular. Divlər Keykavus padşahı və onun məiyyətlərini əsir aldılar. Əsirləri dərin bir quyuya saldılar və ovsunladılar. Ovsundan onların gözləri tutuldu, heç nə görmürdülər. Ağ div, Arçanqla Xarçanqa dedi:

– Mənim ürəyimi çıxardıb, suda bişirən və suyunu bu əsirlərin gözünə çəkən adam bunların gözünü aça bilər. Ağ Divin dediyi sözləri Keykavusun qulağı çaldı.

Quyunun ağzına iri daş qoydular. Ağ Div quyunun keşiyini çəkməyi on iki divə tapşırdı, quyunun ağzındakı daşı ancaq bu divlər qaldıra bilirdilər. Divlər acanda Keykavusun quyudakı əsgərlərindən çıxarıb aşırırdılar.


Bir gün qandharvların padşahı Vişvavasu gözəl-göyçək Menakayla rastlaşdı və onlar bir-birlərinə könül verdilər. Onlar xoşbəxt həyat sürürdülər, nəhayət, doqquz ay doqquz günün tamamında Menaka qeyri-adi dərəcədə gözəl bir qız doğdu. Ana körpə çağasını zahid Sthulakeşinin meşədəki iqamətgahının yaxınlığından axan çayın sahilinə qoydu və çıxıb getdi. Zahid qumluğa atılmış kimsəsiz körpəni gördü, ona yazığı gəldi, doğma balası kimi böyütməyə və tərbiyə verməyə başladı. Menakanın qızı böyüyüb ərsəyə çatandan sonra onun gözəlliyinin şöhrəti aləmə yayıldı. Ağıllı və quzu kimi sakit qızın gözəlliyi, xoşxasiyyəti zahidin qəlbinə sevinc gətirirdi, buna görə də zahid qıza Pramadvara, yəni Sevinc gətirən adını qoydu.


 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo