Biri var idi, biri yox idi, keçmiş zamanlarda iki uzaq qohum var idi. Bunların biri yoxsul idi, özü də meşədə, balaca bir daxmada olurdu. O biri dövlətli idi, şəhərdə, qəşəng, böyük bir evdə yaşayırdı.
Günlərin bir günü yoxsul, meşə ilə gedirdi, birdən ağacın altında parıldayan, qızıl bir lələk gördü. Başını qaldırıb yuxarı baxdı, gördü ki, ağacda quyruğu qızıl bir xoruz oturub. Yoxsul qızıl lələyi götürüb birbaş şəhərə, dövlətli qohumunun yanına gətirdi. Dövlətli qızıl lələyə baxıb dedi: