top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Çox qədim zamanlarda bir qoca qadın yaşayardı. Qadının gözünün ağı - qarası bircə oğlu vardı. Onlar meşədə bir komada yaşayardılar. Güzəranları çox ağır idi. Çox vaxt yeməyə bir parça çörək də tapmazdılar.

Oğlanın on iki yaşı tamam olan kimi anası onu uzaqlara, varlı bir evə nökərçiliyə yolladı. Oğlan mal-qaranı və qoyunları otarmağa başladı.

Bir il keçdi, oğlan bir ere zəhmət haqqı aldı, ikinci il üçün də eyni haqq aldı, üçüncü il də o birilərindən fərqlənmədi. O zaman oğlan üç il üçün bütün qazancını götürüb ağaları ilə sağollaşdı və evlərinə yola düşdü.


Keçmiş zamanlarda Xuan-e adlı bir qız vardı. Onun ailəsi çox kasıb idi. Öz bir parça yerlərindən o qədər az taxıl yığırdılar ki, qışa güclə onlara çatırdı. Baharda isə onlar acından ölməmək üçün qızları Xuan-eni pencər, yeməli bitki kökləri yığmaq üçün çəmənliyə və ya dağa göndərirdilər.

Bir dəfə Xuan-e bitki kökləri yığa-yığa gəlib çağın qırağına çatdı. Birdən qulağına tütək səsi gəldi. Tütəyin elə həzin səsi var idi ki, qız ona qulaq asaraq nə üçün bura gəldiyini unutdu. O, kolluğun qalın budaqlarını aralayıb gördü ki, çay qırağında daş üstə kasıb geyimli bir oğlan üzü çaya tərəf oturub, ətrafında da mal-qara otlayır. Balaca gümüş tütəyi də çalan odur.


Mən sizə bir ovçu haqqında danışmaq istəyirəm. Bir kənddə kasıb, çox kasıb ovçu yaşayırdı. Köhnə tüfəngindən başqa onun heç nəyi yox idi. Buna baxmayaraq onun balaca oğlu böyüyürdü. Ovçu övladını sevirdi.


 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo