top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Uzaq bir ölkədə, şahlıqların birində bir nəfər yaşayırdı.

Bir kəndlinin üç oğlu vardı. Onlardan böyüyü və ortancılı zəhmətkeş və çalışqan idilər, kiçiyi isə dünyada tayı - bərabəri olmayan bir tənbəl idi. Bütün günü sobanın yanında oturar və külün içində eşələnərdi. Dırnaqları caynaq kimi uzanmış, saçlarına isə nə vaxt daraq dəydiyi heç kimin yadına gəlmirdi, buna gorə də onu Külkəman adlandırırdılar.

Heç bir məsləhət və heç bir hədə- qorxu Külkəmanı işləməyə vadar edə bilmirdi. Nəhayət atası boğaza yığıldı, Külkəmana bir az yol azuqəsi verdi və dedi:


Nok Fan Ni adlı cəsur və qoçaq bir gənc vardı. Onun ataanası yoxsul idilər. Onların bir kiçik parça düyü tarlasından başqa heç nələri yox idi. Odur ki, onlar bir parça çörək üçün səhərdən axşamacan ağa üçün işləyirdilər.

“Bizim babalarımız belə yaşayıblar, nəvələrimizin də beli özgə tarlasında belə büküləcək”, – deyə Nok Fan ürək ağrısı ilə düşünürdü.


Əvvəlcə tanrı yeri yaratdı, sonra insanları və heyvanları və heyvanları yaratdı, daha sonra isə onları yer üzünə səpələdi. İnsanlar və heyvanlar acından ölməsin deyə, tanrı nökəri xeyirxah ruha əmr elədi ki, onlara düyü, qarğıdalı, ərik, yerfındığı və müx- təlif otlar versin. Düyü və digər dənli bitkiləri, habelə meyvələri tanrı insanlar üçün, otu isə heyvanlar üçün nəzərdə tutmuşdu. Bu ruh sadiq nökər idi, qüvvətliydi və yorulmaq nə olduğunu bilmirdi. Doğrudur, kifir və bir qədər huşsuz idi, amma mərhəmətli və həssas ürəyi vardı.


Kadru ilə Vinata bacıydılar. Ataları məxluqatın hökmdarı Dakşaydı. Dakşa onları digər on bir bacılarıyla birlikdə Mariçinin oğlu Kaşyapaya ərə verdi. Kaşyapa arvadlarından razıydı, Kadru ilə Vinataya təklif elədi ki, özlərinə ürəkləri istəyən nəsli seçsinlər. Kadru min oğul istədi, Vinata isə mərdliklərinə və qoçaqlıqlarına görə bacısının min oğlunun öhdəsindən gəlməyə qadir iki oğul istədi.


Biri vardı, biri yoxdu bir qoca çoban vardı. Onun nə arvadı, nə də oğlu vardı. Çox illər idi ki, o, xana muzdurluq edir, onun minlərlə qoyununu otarırdı. Özünün isə heç nəyi yox idi. Çoban auldan bir az kənarda yaşayırdı.

Günlərin bir günü o, səhər erkən adəti üzrə balaca çəlləkdə xəmir yoğurdu, sonra isə xanın qoyunlarını çölə apardı. Çobanla çox gec qayıtdı və burada uşaq səsi eşitdi. Otağa daxil olanda gördü ki, xəmir yoğurduğu balaca çəlləkdə bir uşaq uzanmışdır. Qoça buna çox sevindi. O, uşağı qucağına götürüb, xanın yanına qaçdı.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo