top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Hacıleylək bərk ac idi. O, səhərdən özünə yeməyə bir şey axtarırdı, ancaq əlinə heç nə keçməmişdi: bütün günü bir qurbağa balası da tuta bilməmişdi.

Gün batana yaxın, Hacıleylək böyük gölün qırağına gəldi. Bu göl çox qəşəng idi. Yoldan keçənlər bu gölü görəndə bir xeyli vaxt dayanıb onun gözəlliyinə tamaşa edirdilər: gölün suyu göz yaşı kimi dupduru idi, balıqlar da o tərəf-bu tərəfə qaçışırdı. Hacıleylək suya girdi ki, balıqlardan tutub yesin, ancaq balıqlar onu görən kimi, dimdiyinə düşməmək üçün o saat gizləndilər. Hacıleylək çox gözlədi ki, bəlkə balaca bir balıq da olsa tuta bilsin. Ancaq nahaq yerə vaxt itirirdi.


Danışırlar ki, qədimlərdə göylər hökmdarı Nqauk Xoanq insanı yaratmazdan əvvəl on minlərlə müxtəlif heyvan fiqurları düzəldir. Amma hökmdar işini axıra çatdıra bilmir, gili qurtarır. Həm də ki, şər qarışmışdı, qaranlıq düşmüşdü, buna görə də bir çox heyvanlar yarımçıq qalmışdılar: birinin qanadları çatmırdı, digərinin ayaqları, bir başqasının da nəyisə. Nqauk Xoanq yerə üç Ruh göndərdi. Onlara gil verib əmr elədi ki, dağların birinin başına ensinlər və onun çatdırıb düzəltmədiyini tamamlasınlar. Ruhların gəlməsi haqda xəbər tezliklə bütün heyvanlara çatdı və onlar dəstə-dəstə dağa sarı axışmağa başladılar, onlar Ruhların qəbuluna birinci düşmək üstə öcəşir və dalaşırdılar. Hər gün Ruhların hüzuruna çoxlu heyvan gəlir, ayaq qoymağı, qanad taxmağı və ya bədənlərindəki yarımçıqlığı düzəltməyi tələb edirdilər. Ruhlar dəridən qabıqdan çıxırdılar ki, Səma hökmdarının tapşırığını yaxşı yerinə yetirsinlər və heyvanlar Ruhların hüzurundan razı gedirdilər. Düzdü, elə heyvanlar da var idi ki, əyər-əskikləri olmadığı halda əlavə nə isə xahiş edirdilər, amma belələrini qovurdular.

Bir mollanın evində un qurtarır. Qış vaxtı olduğundan havalar soyuq idi. Şaxta da bir tərəfdən. Dəyirmanın dəhnəsində su azalmışdı. Ona görə də, üyüdülmək üçün bura buğda gətirənlərin sayı artmışdı. Hər kəs öz növbəsini gözləyirdi.

- Özün dəyirmana get, - deyə arvadı mollaya məsləhət gördü. – Sən burda hörmətli adamsan, orada səni çox gözlətməzlər.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo