Təsadüf Azərbaycan nağılı
|
Deyilənə görə, qədimlərdə, Qaosin-vanın hakimiyyəti illərində qəflətən arvadının qulağı ağrımağa başlayır. Üç il ağrı kəsmir, yüzlərlə loğman onu müalicə eləməyə çalışır, amma zəhmətləri hədər gedir. Sonra arvadın qulağından balaca, üç verşok uzunluğunda, baramaqurduna oxşar qızılı bir qurd çıxdı, qurdun çıxmasıyla ağrının kəsməsi bir oldu. Knyaginya heyrətə düşdü, qurdu balqabağın içinə qoyub boşqabla ağzını örtdü. Kimin ağlına gələrdi ki, boşqabın altındakı qurd gözqamaşdırıcı dərəcədə parlaq rəngbərəng naxışlı yunla – zərxarayla örtülmüş qəşəng bir köpəyə çevriləcək? Üstü boşqabla örtülmüş balqabaqda doğulduğundan köpəyə Panqu adını verdilər. Qaosinvan Panqunu görüb çox sevindi və gözündən uzağa buraxmadı. Elə bu vaxt knyaz Fan-van qiyam qaldırdı. Qaosin-van dövlətin taleyindən narahat oldu, əyanlarına üz tutub dedi: “Fan-vanın başını mənə gətirən adam tapılsa, qızımı ona verəcəyəm”.
|
Göy tanrısı yeri və insanları yaradandan sonra paltar-palaz və yemək bol olsun deyə, onlara düyü və pambıq da vermək qərarına gəldi. Tanrı bütün heyvanları çağırdı və xahiş elədi ki, fikirlərini söyləsinlər. Heyvanlar bir səs-küy saldılar ki, gəl görəsən: onlar mübahisə edir, qızışır, bir-birinin sözünü kəsirdilər. Nəhayət, məlum oldu ki, heyvanların bəziləri Filin, bəziləri də Kərtənkələnin fikrinə şərikdirlər.
Fil, sünbülləri fil quyruğu kimi böyük və yoğun olan düyü yaratmağı təklif elədi. Kərtənkələ isə ayağını dirəmişdi ki, düyünün sünbülləri onun quyruğuna bənzəsin.
|
Tanrı Ti Lyau yeri-göyü yaradandan sonra dünyanı işıqlandırmaq və isitmək üçün on Günəş, doqquz Ay və saysız-hesabsız parlaq Ulduz yandırdı. Sonra o, Günəşləri və Ayları canlandırdı, onları oğlanlara və qızlara çevirdi. Tanrı Ti Lyaunun yaratdığı on Günəş güclü və gözəl oğlan, Aylar isə – qamətli və incə qız oldular. Onlar yeddi il fasilə vermədən əzəli yerə işıq və isti payladılar, buna görə də gündüzlə gecə arasında fərq yox idi. Yer quruyandan sonra tanrı Ti Lyau bitkiləri, heyvanları və insanları yaratdı. İnsanı tanrı torpaqdan düzəltdi və ona həyat verdi. İnsanlar, bitkilər və heyvanlar sürətlə artırdılar, tezliklə bütün dünyanı tutdular. Lakin insanlar qorxu-hürkü içində yaşayırdılar: qorxurdular ki, on Günəş, doqquz Ay və Ulduzlar qopub başlarına düşər, tanrıya yalvarırdılar ki, Günəşləri, Ayları və Ulduzları söndürsün.
|
Keçmiş zamanlarda iki qonşu var idi: ikisi də ovçu idi. Bir dəfə maral tutmaq üçün tor qurmağa getdilər. Birinci ovçu toru adi qayda üzrə yerdə qurdu. İkinci ovçu isə torunu ağacın başında qurdu.
Torlarını qurandan sonra qayıdıb evlərinə getdilər. Torunu ağacın başında quran ovçu tezdən, dan yeri sökülməmişdən torlara baxmağa getdi.
Torunu yerdə quran qonşunun tələsinə maral düşmüşdü. Ağacın başında qurduğu öz torunda isə maral yox idi. Onda o, qonşunun tələsindən maralı çıxarıb öz toruna, ağacın başında qurduğu toruna saldı. Sonra da qayıdıb evinə getdi. Yıxılıb yatdı.
|
Keçmiş zamanlarda çox ağıllı bir dovşan varmış. Dovşan lap balaca olanda göl qırağına oynamağa gedibmiş. Bu gölün suyu göz yaşı kimi dupduru imiş. Ətraf meşələrin heyvanları bu göldən su içməyə gələrmişlər.
Göldən bir azca aralı, vaxtı ilə “Traç” adlı enli və uzun bir ağac varmış. İnsanlar bu ağacı kəsib odun doğramışdılar. İndi o ağacın qatran atmış kötüyü qalıbmış.
Dovşan bu enli və rahat kötüyü görür, sıçrayıb onun üstündə oturur. O saat qatrana yapışıb qalır. Yazıq dovşan yerindən tərpənib qımıldana bilmir.
|
Deyirlər ki, çoxdan lap çoxdan bir şahlıqda bir qarı yaşayırdı. Onun Ələsgər adında yeganə oğlu vardı. Ələsgər böyüdü, boylu-buxunlu, güclü bir gənc oldu. Bir gün anası ona dedi:
-Sən indi yekə kişisən. Öz çörəyini özün qazanan vaxtındır. Qazanc dalınca get!Səhər qarı evdə olan axırıncı undan oğlu üçün iki lavaş bişirib, ona verdi.
-Bax ha, oğul, - deyə qarı yolqabağı oğluna öyüd verdi, - yolda özündən böyüyə rast gəlsən, onu “ağa” adlandır. Öz yaşına uyğun adamla rastlaşsan, onu özünə qardaş bil. Yol getdiyin adama deyərsən:
|
|
|
|