top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Yüz yumurta. Vyetnam nağılı

Nəql edirlər ki, Cənub Ölkəsinin birinci kralının adı Zıonq Vıonq idi. Onun arvadı Çin göllərindən birinin hökmdarı Txan Lonqun qızı idi. Gözəl, güclü Şunq Lam atasının ölümündən sonra taxt-taca sahib oldu və Lak Lok Kuan adı ilə şahlıq eləməyə başladı. Gənc kral səma pərisi De Layın qızı Ay Koya vuruldu. Ailə həyatının birinci ilinin tamamında Ay Ko içində yüz yumurta olan torba doğdu, bu yumurtalardan yüz boylu-buxunlu və gözəl oğlan çıxdı.


Bir dəfə kral Ay Koya dedi:

– Mən əjdahadan törəmişəm, əvvəllər dənizdə yaşamışam, sən isə səma pərisindən törəmisən və göylərdə yaşamısan. Biz əbədilik bir yerdə ola bilmərik. Gəldiyimiz yerlərə qayıtmalıyıq.

Kral sözünü deyib qurtardı, oğlanlarının əllisini sayıb ayırdı və onları da götürüb dənizə sarı yollandı. Arvadı Ay Ko isə qalan əlli oğlu ilə dağlara sarı üz tutdu. Onların yolları beləcə ayrıldı. Kralın oğlanları müxtəlif yerlərdə məskən saldılar və yerli tayfalara başçılıq elədilər.

Anaları ilə gedən əlli oğulun ən böyüyü Cənub Ölkəsindəki bütün tayfaların kralı seçildi və Birinci Xunq Vıonq adı ilə uzun müddət onlara başçılıq elədi.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo