Təsadüf Azərbaycan nağılı
|
Kamır-Batır. Noqay xalq nağılıBiri vardı, biri yoxdu bir qoca çoban vardı. Onun nə arvadı, nə də oğlu vardı. Çox illər idi ki, o, xana muzdurluq edir, onun minlərlə qoyununu otarırdı. Özünün isə heç nəyi yox idi. Çoban auldan bir az kənarda yaşayırdı. Günlərin bir günü o, səhər erkən adəti üzrə balaca çəlləkdə xəmir yoğurdu, sonra isə xanın qoyunlarını çölə apardı. Çobanla çox gec qayıtdı və burada uşaq səsi eşitdi. Otağa daxil olanda gördü ki, xəmir yoğurduğu balaca çəlləkdə bir uşaq uzanmışdır. Qoça buna çox sevindi. O, uşağı qucağına götürüb, xanın yanına qaçdı. -Nə etmək olar,- deyə xan icazə verdi ki, çoban uşağı qoyunların südü ilə bəsləsin. -Qoy böyüsün. Uşaq sənin balan olar, mənim üçün isə işçi böyüyər. Beləliklə, qoca oğula sahib oldu. Uşaq çox tez böyüdü, az vaxt ərzində oğlan pəhləvana çevrildi. Onun adını Kamır-Batır qoydular, bu da xəmirdən olmuş pəhləvan mənasını verirdi. Günlərin birində Kamır-Batır xanın oğulları ilə aşıq-aşıq oynayırdı. Xan balaları ona bütün aşıqları və qızıl toxmaqı uduzdular. Əsilzadələr toxmaqdan heç ayrılmaq istəmirdilər. Onlar güclə onu Kamır-Batırdan almaq istədilər. Lakin pəhləvanla bacarmaq mümkündürmü? Onda Kamır-Batır dedi: -Aşıqları və toxmağı sizə qaytararam. Ancaq bir şərtlə. - Sizin alnınıza bir cırtma vurmalıyam. Xanın oğulları razılaşdılar və Kamır-Batır onların hər birinin alnına bir çırtma vurdu. O, çırtmanı elə vurdu ki, xan varislərinin alnında dəlik əmələ gəldi. Oğullar atalarının yanına şikayətə gəldilər. Xan qəzəbləndi, həm də çox qorxdu. -Bu, neçə olan işdir! Çoban oğlu quldur böyüyəcək və yaşayışımız çətinləşəcək. Ondan yaxamızı qurtalmalıyıq. Budur, xan məsləhətçilərini ətrafına topladı ki, Kamır-Batırın təhlükələrindən xilas olsunlar. Əyanlar çox düşündülər, nəhayət əlac tapdılar. -Onu hündür qamışları olan susuz çölə göndərək. Orada üçbaşlı əşdaha yaşayır. Bu günə kimi heç kəs onun əlindən qurtara bilməyib. Belə məsləhət xanın xoşuna gəldi. O, qoca çobanı yanına çağırdı. -Qoy oğlun çölə gedib qamış kəssin. - Qoy o, özü ilə üç araba aparsın. Üç araba qoşuldu və Kamır-Batır qamış dalınca yollandı. O, üç arabanı qamışla doldurdu. Elə təzəcə geri qayıtmaq istəyirdi ki, qamışlıqdan onun qarşısına üçbaşlı əjdaha çıxdı. Kamır-Batır ondan heç də qorxmadı. O, nəhəngi arabaya qoşdu, bütün qamışları onun üstünə yüklədi, bütün qamışları arabadan boşaltdı və onlarla birgə aula daxil oldu. Xan qorxuya düşdü. Əjdaha çox bədheybət idi. Lakin xan ən çox Kamır-Batırdan qorxdu. Bunu görən xan əmr etdi ki, əşdahanı meşəyə qovsun, özü isə atası çobanın yanına qayıdıb, qoyunları otarsın. Kamır-Batır çölə, atasının yanına gəldi. O, sakit yaşayır, xanın sürüsünü otarırdı. Xan isə yenə də, məsləhətçiləri ətrafına topladı.Onlar çox götür qoy etdilər, xeyli fikirləşdilər ki, muzdur oğlunu neçə məhv etsinlər. Xan qərara gəldi ki, Kamır-Batırı çoxlu ilanları olan meşəyə göndərsin. Həmin meşədən heç kəs sağ qayıtmamışdı. Xan yenə də, qoca çobanı saraya gətirtdi. -Oğlunu sıx meşəyə odun dalınca göndər. Qoca Kamır-Batırı yola hazırladı, meşəyə aparmaq üçün üç araba qoşuldu. Kamır-Batır yola düzəldi. O meşədə xeyli odun doğradı, onları arabalara yüklədi. Gənc meşədən təzəcə çıxmaq istəyirdi ki, gördü ki, hər tərəfdən ona tərəf ilanlar sürünür. Kamır-Batır heç də ilanlardan qorxmadı. Əksinə, hətta onları görüb, sevindi də. Axı o, özü ilə kəndir götürməmişdi. Kamır-Batır odunları ilanlarla sarıdı və evə yollandı. Arabaların içində olan ilanları görüb, xan qorxudan əsməyə başladı. Lakin Kamır-Batır onun üçün daha dəhşətli düşmən idi. O, qoca çobana əmr etdi. - Qoy oğlun ilanları burdan qovsun, onları gözüm görməsin. Kamır-Batır ilanları odunlardan və arabalardan açdı, onları buraxdı. İlanlar güclə meşəyə üz tutdular, Kamır-Batır isə atası ilə çölə, xanın qoyunlarını otarmağa yollandı. Üçüncü dəfə xan yenə də, şura çağırdı. Hamı çox fikirləşəndən sonra belə qərarlaşdılar ki, bir quyu qazılsın və çoban oğlunu ora atsınlar. Gizlicə çöldə bir dərin quyu qazdılar və xan öz əyanları ilə bura gəldi, güya onlar gəzməyə çıxıblar. Onlar quyunun yanında düşərgə saldılar. Xan əvvəlcədən buyurdu ki, quyunun üstünə və ətrafına bahalı xalılar döşənilsin. Xan burada oturub, əmr etdi ki, hamıya müxtəlif yeməklər paylansın. Nökərlər gələnlərə qulluq göstərir, qızardılmış quzuya onları qonaq edirdilər. Xan özü ilə Kamır-Batırı da götürmüşdü. Onu kənarda dayanan görüb, xan dedi: - Niyə sən işsiz dayanmısan? Yeməklərdən götür və qonaqlara təqdim elə. Kamır-Batır bir sini götürüb əyan və məsləhətçilərə xörək paylamaqa başladı. Xörək paylayanları xalçaların üzəri ilə hərəkət etməyə icazə vermirdilər. Kamır-Batır da xalçaların üzəri ilə yox, kənarı ilə hərəkət edirdi. Onda xan dedi: - Niyə sən kənardan keçirsən? Xalçanın üstü ilə addımla! Kamır-Batır elə ayağını xalçanın üstünə qoymuşdu ki, dərin quyuya düşdü. Xan isə o saat qalxdı və öz əyanları ilə çıxıb getdi. Kamır-Batır isə quyuda qaldı. Xan sevindi ki, Kamır-Batırdan yaxaları qurtardı. Nökərlər qoca çobana dedilər ki, xan onun oğlunu quyuya atdı və əmr etdi ki, kim ora yaxınlaşsa, başı bədənindən ayrılacaq. Onda qoca qərara aldı ki,oğlunu xilas etsin. O, sürünü quyunun yanına aparır, və quyudakı oğluna yemək atırdı. Axşamlar isə sürünü geri qaytaranda, quyuya budaq və şüvül yerləşdirirdi. Kamır-Batır isə onlardan nərdivan hazırlayırdı. Çox vaxt, yoxsa az vaxt kecdi, Kamır-Batır quyudan çıxaraq, azad oldu. O, xanın yanına gəldi və ona dedi: -Xan, sənin hiyləgər hərəkətlərinin heç biri mənə təsir etmədi. Elədiklərinin cavabını al! O xanın alnına bir cırtma vurdu. Xanın canı cıxdı. Kamır-Batır xanın oğullarını, bütün qohum-əqrabasını, məsləhətcilərini saraydan və ölkədən qovdu. O, kasıb xalqı azadlığa cıxartdı. Səhifələr: 1
|