Təsadüf Azərbaycan nağılı
|
Hazırcavab dəyirmançı. Dağıstan xalqlarının nağılıBir mollanın evində un qurtarır. Qış vaxtı olduğundan havalar soyuq idi. Şaxta da bir tərəfdən. Dəyirmanın dəhnəsində su azalmışdı. Ona görə də, üyüdülmək üçün bura buğda gətirənlərin sayı artmışdı. Hər kəs öz növbəsini gözləyirdi. - Özün dəyirmana get, - deyə arvadı mollaya məsləhət gördü. – Sən burda hörmətli adamsan, orada səni çox gözlətməzlər. Molla elə də etdi. Bir kisə buğdanı uzunqulağın üstünə qoyub, molla dəyirmana yollandı. - Mənim buğdamı üyüt, özü də tez! - deyə o, dəyirmançıya müraciət etdi. - Mən, əlbəttə, üyüdərdim, - deyə dəyirmançı cavab verdi, - mənə nə var ki, hörmətli molla, özün görürsən ki, nə qədər adam öz növbəsini gözləyir. Sən də bir az burada oturmalı olacaqsan. Mollaya bu, çox toxundu və o, dəyirmançını allahın qəzəbi ilə hədələməyə başladı. - Əgər sən tezliklə mənim buğdamı üyütməsən, - deyə molla qışqırmağa başladı, - mən elə dua oxuyaram ki, allah dəhnədə suyu dondurar və dəyirmanın işi dayanar! - Eh, molla, molla ! – deyə dəyirmançı gülümsündü. –Olmazmı ki, allaha dua edəsən sənin buğdanı una çevirsin! Və molla üyüdülməmiş buğda ilə evə qayıtdı. Səhifələr: 1
|