Təsadüf Azərbaycan nağılı
|
Falfaraş-Axun. Ləzgi xalq nağılıXatay-Xutay ölkəsi padşahının gözəl bir bağı vardı. Buranı müxtəlif meyvələri olan ağaclar bəzəyirdi. Bağa təkcə bağban girə bilərdi. Lakin bura Falfaraş-Axun adında bir tülkü dadanmışdı. O, qarnını doyurmamış burdan çıxıb getməzdi. Bağban qərara gəldi ki, nə olursa-olsun bu heyvanı tutmalıdır. Ona görə də tələ qurdu və ona böyük bir tikə quyruq qoydu. Tezliklə tülkü bağa gəldi. O, quyruğu görüb çox sevindi. “Xöşbəxtlik mənim yanıma öz ayağı ilə gəlib”, - deyə tülkü Allaha şükür etdi. Birdən o, fikirləşdi: “Ey Falfaraş-Axun, sən kitablarda oxumusan ki, tamahkarlıq bədbəxtlik gətirir. Bəlkə bağban bura quyruğu qoyub ki, səni tələyə salsın?” Tülkü ayaq saxladı, lakin quyruğa baxıb ağzı sulandı. “Mübariz olan təhlükədən qorxmur” , -deyə Falfaraş-Axun fikirləşdi, - bu quyruq hec də mənə Allah tərəfindən göndərilməyib. O, azqala əlini quyruğa vuracaqdı, lakin nəfsini saxladı və öz-özünə dedi: “Əgər səbrsiz olub, axmaqlıq etsən, məhşər günü adamlar məni nümunə göstərərək deyə- cəklər:” Sən məşhur tülküdən də səfehsən. Yaxşı olar ki, bir səfeh axtarım və onunla saziş bağlayım. Ona deyərəm ki, quyruq tapmışam, ona yarısını bağışlamağa söz verirəm və onu bura gətirərəm. Əgər o, tələyə düşsə, quyruq özümə qalar. Əgər bu, tələ deyilsə, onu ikimiz bölərik. Bəs belə səfehi hardan tapmalı? Falfaraş-Axun fikrə daldı. Birdən onun yadına düşdü ki, atası Baləhməd Axun qədim kitabların birində səfehlərin əlamətlərini oxumuşdu. Orada belə yazılmışdı: “Kimin boyu uzun, gözləri rəngbərəng, dişləri seyrəkdirsə, kürən saqqalı ovcuna sığmırsa, o, səfehdir”. Bütün bu xüsusiyyətlər Baləhməd-Axunda vardı və o. hirslənib, kitabdakı həmin sözlərin üstündən xətt çəkmişdi. Görkəmini dəyişməyi qərarlaşdıran Baləhməd –Axun saqqalını ovcuna yığıb, artıq hissəsini oda tutdu.Saqqal alovlandı və onun yumruğunu yandırdı. O, yumruğunu açanda bütün saqqalı yandı. Əgər mən səfeh olmasaydım, saqqalımı yandırardımmı?”-deyə Baləhməd-Axund fikirləşdi və kitabda üstündən xətt çəkdiyini yenidən ora yazdı. Bunu yadına salıb, Falfaraş-Axun qərara aldı ki, atasının oxşarını axtarıb tapsın. Tülkü bağdan çıxdı və bu vaxt canavara rast gəldi. Tülkü onu salamladı: -Sən burada nə edirsən? –deyə canavar soruşdu. Tülkü cavab verdi: -Atam ölərkən mənə vəsiyyət edib ki, elə adama qulluq göstər ki, sənə oxşayan olsun. O vaxtdan mən onu axtarıram. Nəhayət, səni tapdım. Atam Baləhməd-Axuna daha çox sən oxşayırsan. İcazə ver, ömrümün qalan hissəsini sənə vicdanla xidmət edim. -Allah Baləhməd –Axuna rəhmət eləsin. Mən eşitmişəm ki, o, çox ağıllı olub və indi mən buna inandım. -Atama olan hörmətimə görə, sənə ehtiram göstərəcək, səni bəlalardan qoruyacağam. Tülkü canavarın yanında qaldı. Bir neçə gündən sonra o, canavara dedi: -Mən yağlı quyruq görmüşəm! - İstəsən, onu sənə göstərə bilərəm. -Gedib onu özün ye, -deyə canavar cavab verdi. Tülkü isə dedi: -Biz tülkülər bir ay pəhriz saxlayırıq və ət yeyə bilmərik. -Onda gedək, -deyə canavar bildirdi və ikisi yola düşdü. Tülkü canavarı padşahın bağına gətirdi və quyruq parçasını ona göstərdi. Canavar quyruğa yaxınlaşan kimi hər iki pəncəsi tələyə düşdü. Tələ bağlandı və quyruq kənara sıçradı. Tülkü ləzzətlə quyruğu yeməyə başladı. Canavar təəccübləndi: -Əzizim, məgər sən pəhriz saxlamırsan? Tülkü ona baxıb cavab verdi: -Bir göyə bax, orda təzə ay görünür, deməli mənim pəhrizim qurtarıb. Faltaraş-Axun quyruğu yeyib çıxıb getdi. Bağban bağa gələndə tələyə düşmüş canavarı görüb, onu öldürdü. Səhifələr: 1
|