top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 1 2 3 4 5 6 7 > >>

Biri var idi, biri yox idi, bir qoca qarı var idi. Qarının sonu-sopu bir oğlu var idi. Oğlanı Yanıq deyə çağırardılar. Onlar olduqca yoxsul idilər. Dünyanın varından bir uçuq daxmaları, üç qazları var idi.
Bir gün qoca qarı oğlu Yanığı çağırıb dedi:
– Bala, mən bu qazları dar günümüz üçün saxlamışdım. Apar, birini bazarda sat, taxıl al, gətir. Əlimiz bir yana çıxana kimi dolanaq.

Biri var idi, biri yox idi, bir yoxsul qarı var idi. Bu qarının də İsa adlı yetim bir nəvəsi var idi. Qarının bir südlü keçisi var idi. Hər gün qarı keçidən bir sərnic süd sağırdı. Nəvəsi İsa bu südü aparıb bazarda satırdı. Süddən aldığı pulu verirdi çörəyə, gətirirdi evə, nənəsi ilə yeyirdi.
Bir gün İsa südü satmaq istəyirdi, darğa gəlib çıxdı. Darğa İsadan bir parç süd alıb içdi. Süd darğanın ağzına çox şirin gəldi, dedi;
– A yetim, bu gamuş südüdü?

Günlərin bir günü Loğman ilə şəyirdi səyahət eləyə-eləyə bir şəhərə gəldilər. Onlar mənzil tutub rahatlanandan sonra, Loğman şəyirdini bazara göndərdi ki, çörək, yağ, şor alıb gətirsin. Şəyird bazara gedib yağın qiymətini xəbər aldı.
Ona dedilər:
– Batmanı yüz dinardı.

Biri var idi, biri yox idi, göyün altında, yerin üstündə bir şah oğlu var idi. Bu şah oğlunun bir göy atı var idi. Şah oğlu hər gün göy atını minib, meydana çıxarmış. Şəhərin bütün yaxşı at minənləri də ora yığılarmışlar.
Şah oğlu atlılarla cıdıra çıxarmış. Cıdırda şah oğlunun göy atı bütün atlıları keçərmiş.
Şah oğlunun bir də göyçək bir bacısı var imiş. Şərt kəsibmiş ki, cıdırda hər kimin atı göy atı ötsə, bacımı ona verib, özümə qohum eləyəcəyəm.

Həmid adlı yoxsul bir kişi var idi. Bu kişinin altı xırda uşağı var idi. Həmid kişi hər gün meşədən şələ ilə odun gətirib satar, aldığı pulla uşaqlarını yarı qarnı ac, yarı qarnı tox dolandırardı. Bir gün Həmid kişi yenə tezdən durdu. Əl-üzünü yudu, oturub bir az çörək yedi, sonra dəhrəsini, baltasını götürüb meşəyə odun yığmağa getdi. Az getdi, çox getdi, meşənin lap qalın yerinə çatdı. Bir də gördü bir şey od tutub yanır. Kişi yaxına gedib gördü alovun içində bir qutu var. Bu qutunun içindən səs gəlir.
– Ay aman, kömək eləyin, məni bu alovun içindən qurtarın!

Günlərin bir günündə el dağdan arana köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar.
Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, lələ köçüb, yurdu qalıb; bir-birinin üzünə baxdılar. Dana ağlayıb dedi:
– Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə.

Keçmiş zamanlarda bir tülkü, bir də bir hacıleylək var idi. Bunlar qardaş olmuşdular. Bir gün tülkü hacıleyləyi qonaq çağırdı. Bir qazan ayranlı şorba bişirdi, bir siniyə tökdü, gətirib süfrəyə qoydu. Yeməyə başladılar. Qab dayaz idi. Hacıleyləyin dimdiyinə bir düyü də gəlmirdi. Amma tülkü hər dəfə dilini uzadanda şorbanın bir tərəfini yalayıb qurtarırdı. Belə-belə hacıleylək bir neçə düyü götürənə qədər tülkü ayranlı şorbanı yalayıb qurtardı. Hacıleylək tamam ac qaldı. Hacıleylək deyinə-deyinə evinə getdi. O gecə səhərə kimi qarnı curuldayacuruldaya ac yatdı. Bir neçə gün keçdi, tülkü yenə də hacıleyləyi qonaq çağırdı. Hacıleylək üzüyumşaq bir quş idi. Ürəyində nə var idi, hamısını unutdu, yenə də tülküyə qonaq getdi. Tülkü bu dəfə də şorba bişirdi, siniyə tökdü, gətirib süfrəyə qoydu. Yenə hacıleylək dimdiyilə iki düyü götürməmiş, tülkü şorbanı yalayıb qurtardı. Hacıleylək yenə də ac qaldı, ürəyində dedi: “Yaxşı, tülkü, sənlə mənimki qalsın. Bu hayıfı yerdə qoymaram”. Hacıleylək özünü şad göstərdi, tülküyə dedi:
– Qardaş, çox sağ ol, mənə xəcalətlik verdin. Xəcalətindən çıxaram.

Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bu qoca kişinin bircə sözü var idi, hər kəsi görsə ona deyərdi: “Yaxşılara yaxşılıq eylə, pislərə öz pislikləri kifayətdi”.
Bir gün padşah səfərdən gəlirdi. Yolda bu qocaya rast gəldi. Padşah çox tədbirli adam idi. Gördü ki, bu qoca öz-özünə danışır. Padşah atını onun yanına sürüb dedi:
– Ay qoca, öz-özünə nə danışırsan? Olmaya bir dərdin var?

Bir qoca kişi var idi. Qocanın Əmir adlı bir oğlu vardı. Əmir on beş yaşında idi. Günlərin bir günü qoca evdə arvadı ilə oturmuşdu, dedi:
Arvad, mənim yaşım keçib, bir gün olar, ölüb dünyadan gedərəm.
Oğlum uşaqdır, dolanacağınız pis keçər. Mən evin orta divarında bir sandıq basdırmışam. Sandığın içində bir papaq, bir torba və bir zurna var. Mən öləndən sonra oğlumun əli kasıblığa düşəndə o şeyləri çıxarıb hərdən birini ona verərsən. Fərasəti olsa, o şeylərlə dolana bilərsiniz.

Biri var idi, biri yox idi, iki qardaş var idi. Bu qardaşların biri dövlətli, biri kasıb idi. Dövlətli qardaş sonsuz idi. Kasıb qardaşın Güloğlan adlı bir yaxşı oğlu var idi. Dövlətli qardaş kasıb qardaşın oğlu olduğuna paxıllıq eləyirdi. Bir gün dövlətli qardaş uzaq bir yerə qoyun satmağa gedirdi. Dövlətli qardaş kasıb qardaşına dedi:
– Qardaş, gəl oğlunu qoy mənimlə getsin, qoyuna kömək eləsin.
Gələndə əvəzində sənə pul verərəm. Kasıbsan, dolanarsan. Kasıb qardaş dövlətli qardaşın ürəyindəkini bilmirdi deyin, razı oldu. Dövlətli qardaş Güloğlanla qoyunları qabağına qatıb, yola düşdü.

Səhifələr: << < 1 2 3 4 5 6 7 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo