Təsadüf Azərbaycan nağılı
|
Səhifələr: << < 1 2 3 4 5 6 > >>
Qədim zamanlarda bir kişi olur. Onun da üç arvadı olur. Bu kişi yay vaxtı öz arvadlarını yaylağa apararmış. Bir dəfə yenə yay vaxtı arvadları yaylağa qoyub qayıdır ki, onlara yemək aparsın. Geri qayıdanda bir bulağın üstündə atdan düşür ki, su içsin. Bu vaxt arvad cildinə girmiş bir ilan kişiyə yalvarır ki, onu da özü ilə aparsın. Kişi razılaşır, arvadı özü ilə yaylağa aparır. Vaxt keçir, həmin arvaddan iki oğlu olur. Bir gün kişi bir dərvişdən üç dənə üzük alıb evə arvadlarına gətirir.
Həmin arvad deyir ki, ay kişi, bu qızıl deyil, çürükdü. Apar onu yiyəsinə qaytar. Kişi üzüyü dərvişə qaytarır. Dərviş soruşur ki, ay kişi, sən bunu haradan bildin? Kişi deyir ki, arvadım mənə dedi.
|
Bir vardı, bir yoxdu. Bir dərviş vardı. Günnərin bir günündə yolnan gedirdi gördü bir keçəl aşıx-aşıx oynuyur. Amma saqqanı ha yannan qoşa-qoşa çıxardır. Dərviş dedi:
– Keçəl, peşən nədi sənin?
Keçəl dedi:
– Peşəm ələ bıdı ki, aşıx-aşıx oynaram, uşaxlardan aşıx uduram, aparıram onu da satıram, verirəm çörəyə, aparıram evə yeyərik.
Dərviş dedi:
|
Biri varmış, biri yoxmuş, bir qoca kişi varmış, onun bir qızı, bir oğlu varmış. Qoca hər gün gedir üç qardaş divin anbarından bir dağarcıq darı gətirər, onunla keçinərmişlər.
Bir gün divlərdən biri anbara baş çəkir, görür, oho, anbar yarıdan keçib. Gəlir qardaşlarına xəbər verir. Onlar belə qərara gəlirlər ki, hər gecə bir qardaş anbarda keşik çəksin. Püşk atırlar, əvvəl böyük qardaşa düşür. Böyük qardaşı yuxu aparır, kişini tuta bilmir. Ortancıl qardaş gecə yarısına kimi bir təhər oyaq qalır, lakin gecə yarısı onu da yuxu aparır, o da kişini tuta bilmir. Növbə kiçik qardaşa çatır. Deyirlər kiçik qardaş xəsis olur, yuxu aparmasın deyə barmağını kəsib, yerinə duz tökür. Barmağının göynəməsindən yata bilmir. Gecə yarıdan keçəndə qoca gəlir. Darını dağarcığına yığanda div bunu tutur, “Səni yeyəcəyəm” – deyir.
|
Biri var imiş, biri yox imiş, uzaq keçmişlərdə qəddar bir padşah var imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir qayaya qoyarlarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbiristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tük ürpədən heybətli səs çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik edib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın qoyduğu bu qanundan heç kəs imtina edə bilməzdi.
|
Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi.
|
Bir çoban axşam vaxdı sürünü gətirirmiş kəndə. Qəbrisdannıxdan keçəndə görür ki, bir əcayib adam qəbri eşəliyir. Bı əcayibin iri bıynızdarı, uzun caynaxları varıydı.
Çoban mısır. Görür ki, bı əcayib qəbri söhdü, ölünü çıxartdı, söykədi baş daşına. Sora ölünün dabanınnan dişdədi, başdadı ordan qan axmağa. Əcayib qanı görən kimi xeyləh dala çəkilir. Çoban bilir ki, bı ölü əslində ölmüyüp, bını ölü sayıp basdırıplar. Bı əcayib də görüp ki, bı ölmüyüp, dala çəkilir ki, gəlip bıynızlarıynan vırıp onu öldürsün. Bı əcayib də Adamcıldı.
|
Biri var idi, biri yox idi, Fatı qarı adlı bir arvad var idi. Fatı qarının qohumdan-qardaşdan, oğuldan-qızdan Daşdəmir adlı aman-zaman bir oğlu var idi. Daşdəmir çox ağıllı oğlan idi. Atası Zaman kişi hələ balaca vaxtından onun belə ağıllı olduğunu görüb Mirzə Möhsün adlı bir müəllimin yanına qoymuşdu ki, dərs oxusun. Daşdəmir bir neçə ilin içində əməlli-başlı yazıb-oxumağı öyrənmişdi. Mirzə Möhsün gündə cürbəcür köhnə kitablar oxuyardı, əhvalatlar danışardı. Daşdəmir Mirzə Möhsünü o qədər sevirdi ki, gecələr də ondan ayrılmaq istəmirdi. Ancaq iş elə gətirdi ki, Daşdəmir Mirzə Möhsündən ayrılmalı oldu.
|
Biri var idi, biri yox idi, Döşgüvar adlı zülmkar bir padşah var idi. Dünyagörmüş qocaların dediyinə görə bu padşah elə cavanlıqdan əzazil adam imiş. Padşahlığı ələ almaq üçün qoca atasını da özü zəhərləyib öldürmüş imiş. Bu padşah taxta çıxan gündən camaatın günü lap qara olmuşdu. O, istəyinə çatmaq üçün yüzlərcə adamı öldürər, bircə dəfə də olsun uf deməzdi. Qonşu padşahlarla da yola getməzdi. İldə bir yerə hücum edərdi. Savaşardı, vuruşardı, qanı su yerinə axıdardı. Belə ki, hamının gözünü qorxutmuşdu. Bu padşahın uşağı yox idi. Nə qədər evlənirdisə uşağı olmurdu.
|
Biri varmış, biri yoxmuş, bir padşahla vəzir varmış, Bunların uşaqları olmurmuş. Bir gün bir dərviş gəldi padşahın qapısına. Qəsidə oxuyurdu. Buna pay verdilər. Dərviş payı almayıb dedi: – Mən padşahın özünü görmək istəyirəm.
|
Bir bostançı var idi. Bu bostançı külfətini qarpız-yemişlə saxlayırdı. Hər il qarpız, yemiş, xiyar əkirdi, taxıla verib dolanırdı. Bir il bostan çox yaxşı bəhrə gətirdi. Bostançı arvadına dedi: – Bu il bostanımız çox yaxşı bəhrə gətirib, qarpızın lap yaxşısından bir eşşək yükü tutub şıx oğlu Şah Abbasa aparacağam.
|
|
Səhifələr: << < 1 2 3 4 5 6 > >>
|
|