Təsadüf Azərbaycan nağılı
|
Səhifələr: << < 14 15 16 17 18
Biri vardı, biri yoxdu. Bir naxırçı vardı, bircə oğlu vardı. Adına İskəndər deyərdilər. Naxırçının arvadı öldü, öyə arvad gətirdi. İskəndər altı yaşındeydı, amma çox ağıllı, fərasətdi bir oğlanıdı. Özü də hər bir quşun dilin bilirdi. Dedikcə də göyçək bir paçcahyana uşağıdı. Bılların əvlərinin qabağında bir baxçaları vardı. Bir gün öyə ana həmən baxçada paltar qazanı asıp, paltar yuyurdu. İskəndər də cur-cubux yığır, ocağa qoyurdu. Nənəliyinə kömək eliyirdi. İskəndər baxdı gördü, bir bülbül oxuyur, başqa bir bülbülə deyir: – Ay bülbül, bir vaxt olacax İskəndər bı şəhərə paçcah olacax; bı baxçıya qonax gələcək, həmən bı analığı onun qabağına xörək gətirəcək. Dədəsi də afdaha-ləyən gətirəcək, onun əlinə su tökəcək.
|
Günlərin bir günündə əyyami sabiqdə bir danə Məhəmməd var idi. Günlərin bir günündə Məhəmməd çöldə yer şumlayırdı. Məhəmməd qan-tər içində evə döndü və anasına dedi: – Ana! Doğrusun di. Mənim atam nə sənət sahibi idi? Anası dedi: – Oğul, vallah, atan avçı idi. Hər gün ava çığanda yorğun gəlib üzü üstə düşüb, torba barıt çeşmədən savayı heç bir iş görmürdü. Məhəmməd deyir: – Atamnan qalma şeyləri getir görüm.
|
Bir vardı, biri yoxdu. Bəxtiyar adında bir qoca kişi vardı. Bu kişi çox kasıb idi. Günnərin bir günündə bı kişi işdən yornux gəlib bir az çaddan, kütdən yeyip yatdı, gecə bir yuxu gördü, səhər tezdən buran kimi dedi: – Ay arvad, heybəyə birəz caddan (darı çörəyi), şordan qoy, səfərə gedəcəyəm. Arvat dedi: – A kişi, nə səfər, hara səfər eliyirsən? Dedi: – Ay arvat, sən kişi işinə qarışma. Bir yuxu görmüşəm, gedirəm o yuxunu tapam. Arvat nə qadır elədi ki, a kişi dəli olma, yuxuya da tamah olarmı?
|
Gülnahar mahalında Şəftən adlı orta sinli bir kişinin Gülxar adlı bir arvadı var idi. Şəftənin peşəsi naxırçılıq, Gülxarın peşəsi evdarlıq idi. Bu ər-arvad çox zəlil bir halda ömür sürürdülər. Hal belə ikən Gülxar barihəmlin yerə qoydu. Bunun bir misilsiz gözəl oğlu oldu. Oğlanın adını Xanoğlan qoydular. Xanoğlan böyüyüb tainki on səkkiz yaşına yetişdi. Günlərin bir günündə Xanoğlan Gülnahar şəhərinə gəzməyə çıxmışdı. Şəhərdə gəzərkən güzarı Gülnahar şəhərinin şahı olan Qəni şahın qəsrinə düşdü, nə gördü? Qəsirdə Qəni şahın qızı Püstə xanım özünə yeddi qələm ilə zinət verib, qızıl sandal üstündə qərar tutubdur. Xanoğlan bir belə mah-camalı görcək, bir könüldən min könülə aşıqıgiriftar oldu. Xanoğlan oradan evlərinə gəlib əhvalatı ata-anasına nəql elədi. Sora, atasından təmənna etdi ki, Qəni şahın qızı Püstəxanımı ona alsın.
|
Biri vardı, biri yoxdu. Yunan şəhrində bir Məhmət Həsən adında paçcah vardı. Bının qonşusunda da bir naxırçı vardı. Bılların hər ikisinin də övladı yoxdı, nə paçcahın, nə də naxırçının. Bı paçcah fikirləşirdi ki, bir belə torpağım, bir belə dövlətim ola, bir övladım olmıya ki, barı ona sahıp ola. Gün çıxannan gün batana cəmi paçcahlar mənnən qorxur. Gecə yatmışdı. Aləmi-vaqiyədə gördü ki, bına deyillər: “Ey paçcah, səhər sühb namazınnan qabax dur get çarhovuzun başına. Orda suyun üzündə bir alma üzür. Onı gətir qoy xonçıya, ortadan tən böl. Yarısın ver qonşun naxırçıya, arvadıynan yesin, yarısın da özün hərəminnən ye”.
|
Biri vardı, biri yoxdu, bir Fatı qarı vardı. Bu qarının da bir keçəl oğlu var idi, adına da Keçəl Məhəmməd diyərdilər. Fatı qarının sənəti çərçilərdən nisyə pambıq gətirib, onnan ipliy əyirirdi, aparıb bazarda satardı. Mayasını çərçilərə verərdi, qalanına da birəz çörək, bir az soğan alardı. Nənə-bala yeyib dolanardılar. Bir gün Keçəl Məhəmməd bazara çıxmışdı. Gördü elə yaxşı kişmiş satıllar ki, ağzının suyu başdadı axmağa. Amma bir pulu da yoxudu ki, bir şey alsın. Başın qarıtdıya-qarıtdıya gəldi əvlərinə. Gördü nənəsi əvdə yoxdu. Fürsət tapıb girdi içəri. Fatı qarı ipliyi kələf-kələf qayırıb asmışdı göydən. Məhəmməd tullanıb kələfin birin alıb qoydu qoynuna, üz qoydu bazara, gəlib bir baqqalın dükanının qabağında boynunu büküp durdu.
|
Biri vardı, biri yoxdu. Allahın aciz bəndəsi çoxdu. Onların biri də bizim Kür qırağında yaşayan Əlmərdan kişiydi. Bu yazığın əli xamırlı, qarnı ac idi. Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yannan, koxa bir yannan, borclu bir yannan bunun məhsulunu xırmanda qurtarardılar. Payız gələndə, kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı. Elə ac idi ki, ac.
|
|
Səhifələr: << < 14 15 16 17 18
|
|