Təsadüf Azərbaycan nağılı
|
Bir padşah var idi. Bu padşahın övladı yox idi. Bir gün padşah bədənnüma güzgünün qabağında durub özünə baxırdı. Gördü ki, paho, saqqalına dən düşüb. Padşah qəm dəryasına qərq oldu. Vəzir, vəkil tökülüb işdən hali olmaq istədilər. Baş vəzir ədəblə baş əyəndən sonar xidmət məqamında əl-əl üstündə dayanıb dedi: – Qibleyi-aləm, niyə qəm dəryasına qərq olmusan? Allaha çox şükür dövlət, cah-calal səndə. Sən də fikir edirsən?
|
Biri varıymış, biri yoxuymuş, əyyamı qədimdə bir padşah varıymış. Bu padşahın üç oğlu varıymış. Oğlanlar boya-başa çatıb böyüyüblərmiş. Ataları baxıb gördü ki, övladlarının övlənmək vaxtıdı. Padşah baş vəziri yanına çağırıb dedi: – Vəzir, sən görürsən ki, mən qocalmışam, ölüm dediyin qaşla göz arasında olan bir şeydi, birdən yıxılıb ölərəm, uşaqlarımın toyunu görmərəm, indi deyirəm onları evləndirim, bu işə sən nə deyirsən? Vəzir dedi: – Qibleyi-aləm sağ olsun, bu cür ağıllı sözə nə demək olar? İstəyirsən elə günü sabahdan işə başlayaq. Padşah vəzirə dedi: – Vəzir, bəs uşaqlara kimin qızını alax? Vəzir dedi: – Ey adil hökmdar, öz dədə-baba qaydamıznan əmr elə, sənin torpağında nə qədər adlı-sanlı adamın qızı varsa, sabah hamısı bəzənib bir-bir sənin sarayının qabağından keçsinlər.
|
Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxudu. Bir padşah varıdı. Bu padşahın Məhəmməd adlı bir oğlu varıdı. Padşah bir gün oğluna deyir: – Oğul, Məhəmməd, mən ölsəm, yerimdə səndən savayı qohuməqrəbam yoxdu ki, qalsın. Padşahlığı əlində bərk saxlarsan. Az keçdi, çox keçdi, padşah öldü. Məhəmməd atasının yerində şah oldu, camaatı dolandırmağa başladı. Bir gün bu şəhərin lotuları dedilər: – Bu padşah çox səfehdi, gərək tovlayıb, dövləti əlindən çıxaraq. Lotular gəldilər Məhəmmədin yanına. Biri dedi: – Mən padşahın xalası oğluyam.
|
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox. Orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə belə şilə aşı yeməmişəm, belə yalan deməmişəm. Günlərin bir günündə Məmmədnəsir tinində bir cavan oğlan varıdı. Bu oğlanın özünə görə az-çox dövləti varıdı. Oğlan evlənib toy elədi. Günlərin birində arvadının boynuna uşaq düşdü. Arvad həmliydi, oğlan qürbətə getdi. Oğlan gedəndən üç ay sonra arvad bir gözəl qız doğdu. Arvad ərinə yazdı ki, bir qızımız olub, adını da Şükufə qoymuşam. On altı ildən sonra arvad ərindən kağız aldı ki, gəlirəm. Bəli, bir gün Şükufə xanım evdə yatmışdı, anası da evdə yoxudu. Bu vaxt Şükufə xanımın dədəsi gəldi. İçəri girib gördü arvadı yoxdu, amma bir gözəl qız yatıbdı, belə gözəldi ki, yemə, içmə bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya, günə deyir: sən çıxma, mən çıxıram. Dədəsi Şükufə xanımı görən kimi az qaldı ağlı başından çıxsın. O saat qıza aşiq oldu. Bu halda Şükufə xanımın anası gəldi. Əriynən görüşdü, öpüşdü, sonra kişiyə dedi: – A kişi, görürsən necə qəşəng qızımız var?
|
Biri varımış, biri yoxumuş, bir padşah varımış. Bu padşahın üç oğlu varmış. Lap kiçiyinin adı Bəhrəm idi. Qəzayi-rəbbani bir gün padşahın gözləri tutuldu. Nə qədər həkim gəldisə, çarə tapılmadı. Axırda padşah böyük münəccimlərini çağırıb taleyinə baxdırdı. Qoca münəccimlərdən birisi dedi: – Padşahım sağ olsun, gözlərinizin çarəsi tapılar, ancaq müşküllüknən. Lap uzaq vilayətdə ağ çeşmə adında bir bulaq var. O bulağın daşından gətirib gözlərinə sürtsən, yaxşı olar.
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bir gün bu padşahın gözləri tutuldu. Tay məmləkətdə təbib, dərman qalmadı hamısını elədilər, kar salmadı ki, salmadı. Axırda dedilər, onun gözünün dərmanı dəryada bir ağ balıq var, ondadı. Bəli, padşah əmr elədi qoşun atlandı. Padşahın iki oğluynan vəziri də qoşunun başında balıq tutmağa gedirdilər. Bir ay idi dəryanın kənarında o yan-bu yana gəzib, balığı axtarırdılar. Bir aydan sonra bunlar balığı tutdular. Padşahın kiçik oğlu da gəldi bura. Baxıb gördülər bu bir qəşəng balıqdı, adam deyir həmişə buna baxım. Bunların ürəyi qəbul eləmədi ki, balığın gözlərini çıxarsınlar. Nə var, nə yox doxsan yaşında atalarının gözləri açılacaq. Balığı gətirib atdılar dəryaya. Vəzir də ki elə Allahdan bir belə şey axtarırdı. O saat daban aldı padşahın yanına, dedi: – Bəs mən əzab çəkdim, balığı tutdum, oğlanların onu dəryaya atdılar.
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın uşağı olmurdu. Özündən sonra dünyada bir vəliəhd qoyub getmək üçün tay məmləkətdə arvad qoymadı, hamısını aldı. Bu minvalınan düz qırx arvad aldı. Ancaq yenə də uşağı olmadı. Bir gün qapıya bir dərviş gəldi, padşahın dərdini bilib dedi ki: – Sən gərək bu arvadların hamısını boşayasan. Səni bu arvadların çiləsi basıb, ona görə uşağın olmur. Sən gərək bircə cavan arvad alasan. Özü də hər gün üç dəfə soyuq suda çiməsən ki, o arvadların çiləsi təmizlənə. Yeddi ilin tamamında uşağın olar. Padşah bütün arvadları boşadı. Gəzdi, dolandı, axırda hələ çiçəyi çırtlamamış cavan bir qız aldı. Dərvişin dediyi kimi düz yeddi il gündə üç dəfə suda çimdi. Qış keçdi, yay dolandı, yeddi il tamam oldu. Ancaq padşahın iqbalı gülmədi.Bir gün padşah küləfirəngidə oturub öz bədbaxtlığını fikirləşirdi. Birdən göy guruldadı, şümşürük oynadı, hava qaranlıqlaşdı, bir parça qara bulud heybətnən endi. Elə bir qiyamət oldu ki, elə bil ərəsətməhşər başladı. Bulud düz endi padşahın qabağında parçalandı, ortasından qırmızı bir alma tullanıb düz padşahın qucağına düşdü. Padşah çoxdan özündən getmişdi. Bir də ayıldı ki, heç zad yoxdu. Tez qucağına baxdı, gördü alma ordadı. Almanı götürdü, əmr Verdi bütün məmləkətin qocaları yığıldı, bu sirrin mənasını tapa bilmədilər. Axırda onlardan biri məsləhət gördü ki, padşah bu almanın yarısını özü yesin, yarısını da arvadına yedirtsin. Bu almada zürrüyyət var.
|
Biri vardı, biri yoxdu, Allahdan başqa heç kim yox idi. Bir Şah Abbas vardı, dərviş-libas gedirdi. Yolda bir kişiynən yoldaş oldu. Danışa-danışa gedirdilər. Bı kişiyə Şah Abbas dedi: – Gəlsənə, bı yola bir nərdivan qoyaq?! Kişi dedi: – Axmaq dərviş, bırda bizim kərkimiz yox, taxda yox, nəyinən nərdivan qoyax. Bir müddət getdilər, qabaqları bir çaya çıxdı. Şah Abbas dedi: – Əşi, gəlsənə, bı çaya bir körpü salax!
|
Bir padşah vardı. Padişahın üç oğlu vardı: Məhəmməd, Əhməd, Səməd. Padişah qırx günün sikarına çıxmışdı. Gördü bir əjdəha bir dağı götürür döyə, qoyur yerə. Padişahın rəngi üzündən qaçdı, dedi: – Vəzir, bir buna bax. Vəzir baxdı, dedi: – Onun şikayəti var. Gedək, görək bizə şikayəti nədi? Getdilər əjdahanın yanına, dedilər: – Bizdən nə istəyirsən?
|
Bir padşahın yetişmiş üç qızı var imiş. Bir gün vəzirin və vəkilin qızları bunlara qonaq gəlirlər. Söhbət əsnasında bunlara deyirlər ki, nə vəqtə kimi evdə oturacaqsınız? Az qalmısınız qocalasınız. Qızlar cavab verirlər: – Bizim ixtiyarımız atamızdadır. O nə vəqt keyfi istəsə verəcəkdir. Vəzirin qızı cavab verir: – Yəqin atanızın başı hökumət işlərinə qarışmış, siz də yadından çıxmısınız. Gərək siz özünüz onun yadına salasınız.
|
|
|
|