Təsadüf Azərbaycan nağılı
|
Biri varıymış, biri yoxuymuş, Allahın bəndələri çoxuymuş. Raviyan belə rəvayət eliyir ki, əyyamı qədimdə bir padşah varıymış. Bu padşahın gözünün ağı-qarası, aman-zaman bircə qızı varıymış. Bu qızın gözəllixdə tayı-baravarı yoxuymuş. Padşah qızını o qədər çox isdiyirmiş ki, onnan ötəri ayrıja bir qəsr tixdiripbiş. Bu qıza qırx incə belli gözəl xanım qulluğ eliyirmiş. Qızın ağzınnan ağ çıxsa ağ, qara çıxsa qara, hamısını padşah hazır eliyirmiş. Elçilərin də ki, gündə biri gedif, mini gələrmiş. Elçi daşının üsdü heç vaxt boş olmazmış. Munnan belə qız həməşə gününü ah-vaynan keçirir, baxdınnan gileylənərmiş. Günnərin bir günündə qız qırx incə belli xanımnan özünün gülüzar bağına seyrə çıxıpbış. Onun nazı-qəmzəsiynən oynuyan qırx incə belli qız bağda nə qədər gülüf oynuyullarsa da, qızın eynini aça bilmillər. Qız elə baxdınnan gileylənif gözünün yaşını tökərmiş. Həməşə qız xanımların gözünnən yayınıf, bağın bir küncünə çəkilif qəmli-qəmli oturarmış. Gənə günnərin birində padşah qızı öz qul-qaravaşıynan bağa seyrə çıxıpbış. Qızdar gənə həməşəki kimi başdadılar çalıf-oynamağa. Buların başı qarışanda qız gözdən oğurranıf özünü verdi bir sakitdiyə.
|
Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi. Bir naxırçıynan arvadı var idi. Naxırçının arvadı ölüdən yaman qorxardı. Qonum-qonşularında qocadan-qoltaxdan ölən olsaydı, az qalırdı bunun bağrı çatlasın. Arvad günlərin birində ayağın yerə diriyib dedi: – A kişi, gəl burdan köçək elə yerə gedək ki, oralarda ölüm-itim olmasın.
|
Biri varımış, biri yoxumuş, günlərin bir günündə iki qardaş varımış. Bunların birinin adı Firuz, birinin də adı Əhməd imiş. Firuz tacirliyi çox sevirdi. Gecə-gündüz əlləşib, pul yığıb, şəhərdə böyük bir tacir olmuşdu. Bütün tacirlər Firuzun adını eşidəndə ayağa dururdular. Belə dövləti olmağına baxmayaraq, tacir Firuz çox acgözdü, camaatnan rəftarı da pis idi. Amma qardaşı Əhməd tacir tayfasına yaxın durmazdı. Sənəti yəhər qayırmaq idi. Əhmədin arvadı yox idi, amma Nuşaran adında bir qızı varıdı, dünya gözəli idi. Bir gün Əhməd ömrünü bağışladı kiçik qardaşı Firuza. Firuz qardaşını kəfin-dəfin eləyib, Nuşaranı da götürüb apardı evinə. Tacir Firuzun arvadı yoxudu, qulluqçu da saxlamırdı, ancaq bir neçə nökəri, bir də bağbanı varıdı. Bağbanın arvadı tacir Firuza kömək eləyirdi. Bir gün, beş gün, qardaşının ölməyindən bir xeyli vaxt keçdi. Tacir Firuz istədi evlənə. O, şəhərbəşəhər düşüb gəzdi, amma nə fayda ki, ürəyinə yatan bir qız tapa bilmədi. Kor-peşman, yorğunarğın gəlib çıxdı öz vilayətinə. Eşit Nuşaran xanımdan.
|
Biri varıdı, biri yoxudu, Allah varıdı, şəriki yoxudu. Günlərin bir günündə Qəndəharda bir padşahın gözünün ağı-qarası, Nuşapəri adlı bir qızı varıdı. Nuşapərinin atası çox əzazil və zalım idi. Camaata qan ağladardı; başqa padşahlar bunun əlindən dad çəkərdi. Bu padşahın bir darğası varıdı, darğa da padşahdan geri qalmazdı. Darğa padşahın dediyini üç dəfə artıq camaatın kürəyindən çıxarardı. Darğanın əlindən adamlar başladılar şəhərdən qaçmağa. Kəndlilərin handa bir yaxşı qızını darğa görsəydi, onu ya Qəndəhar padşahı üçün, ya da özü üçün zornan gətirirdi.
|
Keçmiş qədimlərdə Qoquz adında bir padşah varmış. Belə deyirlər ki, günbatandan günçıxana kimi nə ki, padşah var, hamısı ondan qorxarlarmış. Quş quşluğu ilə Qoquzun adını eşidəndə göydə qanad salarmış. Qoquz çox zülmkar imiş. Qoquz padşah bir gün yatıb yuxuda görür ki, göydən bir məlakə endi, padşahın ağzına bir sillə vurub, çıxıb getdi. Qoquz qorxudan yorğan-döşəkdən atılıb, başladı haray çəkib tirtir əsməyə. Qoquzun yanına vəzir, vəkil yığışıb xəbər aldılar ki, nə olub? Qoquz yuxusunu danışıb əmr verdi ki, bu yuxunu yorsunlar. Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hər nə illah elədilər, yuxunu yorub bir yana çıxarda bilmədilər. Axırda münəccimbaşı dedi: – Bu yuxunu yoran bir adam var.
|
Biri var idi, biri yoxdu, tanrı var idi, bəndəsi çox idi. Bir keçəl var idi, buna Noxudu Keçəl deyərdilər. Keçəlin bir dayısı var idi, bir də dayısı arvadı var idi. Keçəl damlarının üstündə oturmuşdu. Gördü dayısının arvadı darğa ilən söhbət eləyir. Qulaq aşdı, darğa dayısının arvadına dedi: – Ay aşına, mənim xırmanım ala öküzlü xırmandır, mən alma qabığını yolnan tökə-tökə xırmana gedirəm. Sən plov bişir götür, alma qabığını yığa-yığa gəl, mənim ala öküzlü xırmanıma çıxarsan. Darğa bunu deyib getdi. Keçəl evə gəldi, dayısı arvadına dedi: – Dayım xırmanda yanır, deyir mənə qatıq-çörək gətir.
|
Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlı varimiş. Bu oğlan bir gecə yuxuda Nar qızına aşiq olur. Sübh olanda vəzirin çağırub yuxusunu söyləyüb buna deyir ki, gərək gedib Nar qızını mana alasan. Vəzir ərz edir ki, başqa hər nə əmrin varsa yerinə yetirim. Amma onı gətirmək mənim üçün mümkün deyil, çünkü o devlərin içindədir. Padişahın oğlu cavab verir ki, hökman gərək gedəsən! Yoxsa boynuvi vuraram. Vəzirin əlacı kəsilib qəbul edir. Şahzadə buna xeyli pul verüb yola salır. Vəzir də gedəndə bazardan bir xeyli qır-saqqız alır. Bir müddət yol gedəndən sora gəlüb bir evə çıxır. İçəri girəndə baxıb görür ki, burada bir qarı oturmuş ki, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı bunu görəndə səvinib deyir: – Qadan alım gəl, yaxşı gəldin, altı ay olur ki, adam əti yiməmişəm.
|
|
|
|