Təsadüf Azərbaycan nağılı
|
Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağıqarası bir keçəl oğlu var idi. Qarının keçəl oğlu camaatın buzovunu otarardı. Bir gün Keçəl buzovları yığıb otarmağa aparmışdı. Buzovları bir göy çəmənlikdə otarırdı. Bir də gördü ki, göyün üzünü bulud aldı, yağış yağmağa başladı. Keçəl o saat paltarını soyunub bir daşın altında gizlətdi. Bərk yağış yağdı. Yağış kəsəndən sonra Keçəl paltarını daşın altından çıxardıb geydi. Eşit şeytandan. Şeytan adam paltarında gəzirdi. Onun güzarı keçəlin yanına düşdü. Gördü keçəlin paltarı qupqurudu, heç islanmayıbdı.
|
Günlərin birində bir keçəl varıydı. Bu, kosasaqqal, göy-göz bir tacirə nökərçilik edirdi. Tacir həm xəsis, həm də yaman zalım adam idi. Sabahdan axşama kimi keçəli orda-burda işlədib, axşam bir həfdədən qalma quru əppək qırıxlarını zəhmət haqqı olaraq keçələ verib evlərinə yola salardı. Keçəl quru əppək yeməkdən ağzı yara tökmüşdü. Yenə bir gün axşam quru çörəyi götürüb evlərinə gələndə, yolda tacirin balaca oğlu keçələ qoşulub onlara gəldi.
|
Biri varıydı, biri yoxuydu, Allahın bəndəsi çoxuydu. Bir şəhərdə bir vəzirgan varıydı. Bu vəzirgan həmişə uzax ölkələrə gedərdi. Alverdən qayıdıb gələndə, gəmiynən dəryadan keçəndə bir də gördü ki, gəmiyə bir şey dəydi. O saat dərya təlatümə gəldi, bir tufan qopdu, bir tufan qopdu ki, elə bil qiyamət qiyam elədi. Gəmi suyun üzündə o üzə, bu üzə elə yırğalanırdı ki, elə bil bu saat batacaydı. Vəzirgan bir də gördü suda bir baş öz-özünə deyir: – Otuz doqquzunun boynunu vurmuşam, qırxıncını da vurummu?
|
Biri var idi, biri yox idi, bir qazı var idi. Bu qazı gündə bir nökər tutub, bir həftə işlədəndən sonra döyüb qovalardı. Qazının yanında heç kəs qalmırdı. Qazı nökər üçün gəzirdi. Səs dağıtmışdı şəhərə, kəndə ki, mənə nökər gərəkdi. Qazı nökər axtarmaqda olsun, sənə xəbər verim kimdən, qazının İman adında nökərindən. İman qazının yanından acıq eləyib çıxıb getmişdi öz kəndlərinə. Bu kənddə bir nəfər keçəl olurdu. Keçəl İmanı görüb soruşdu ki: – İman, qazının yanından nə üçün qaçıb gəldin? İman dedi: – Qazı məni döyüb qovdu. Onun yanında əjdaha ola, bir həftədən artıq nökər qalmaz. Keçəl dedi: – İndi ki, belə oldu, mən gedirəm qazının yanında nökər qalam. İman dedi: – Gəl getmə, yazıqsan, qazı vurub qol-qabırğanı sındırıb salar yola.
|
Bəndərpuş vilayətində Əhməd adında kasıb bir kişi olurdu. Bunun bircə arvadından başqa heç kəsi yox idi. Yazıq kişi azara düşüb daha oduna gedə bilmədi. Əhmədin arvadı Nisə gördü ki, Əhməd yorğan-döşəyə düşüb, evdə də yeməyə əppəkləri yoxdu, ərindən gizlin götürüb baltanı üz qoydu meşəyə ki, odun qırıb bazara satsın, bəlkə axşama əppək pulu düzəldə bilsin. Nisə çatıb meşəyə, o ki vardı odun qırandan sonra böyük şələ odun bağlayıb, götürüb qoydu yolun ortasına. Nisə bərk acımışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. Armudu yeyəndən sonra Nisəyə bərk susuzluq üz verdi. Durub endi bulağa, doyunca su içib əlin-üzün də yudu. Durub gəldi ki, odun şələsini götürüb getsin, gördü ki, şələnin üstündə bir gözəl quş oturub. Öz-özünə dedi: yaxşı oldu, tutub öldürərəm, ətini də xörək bişirərəm. Nisə yerdən bir daş götürüb atdı quşa. Quş qanad çalıb şələnin üstündən qalxanda bir iri yumurta salıb qalxdı havaya. Nisə tez yüyürüb yumurtanı götürdü. Yumurtanın qabığı o qədər nazik idi ki, davam eləməyib əzildi. Yumurtaya hayıfı gəlib çəkdi başına. İçən kimi şirinliyindən ciyəri alışıb başladı yanmağa. Tez enib bulağa doyunca su içdi, səriyib odun şələsin dalına, evə gəldi. Şəhərə çatan kimi istədi ki, dönüb getsin bazara, yolu yarı eləməmişdi ki, elə bir sancı bunu tutdu ki, gözləri çaxmaq çaldı. Başı gicəllənib ürəyi bulandı, ancaq yenə də bir təhərnən durub gəldi evə. Əhməd durub çıxdı arvadının qabağına, dedi: – Ay arvad, nə olub?
|
Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişinin gözünün ağı-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar. Bir gün keçəlin atası səhər tezdən işə getmişdi. Novruz qabağı idi, havalar da qızmışdı. Keçəl əvdən bayra çıxıb görgi ki, uşaqlar ələlvan geyinib oynayırlar. Keçəl bulara qoşuldu, amma uşaqlar qoymayıb, bir ağızdan dedilər: Keçəl-keçəl daz eylər, Yuvada pərvaz eylər. Minər qamış altına, Sağsağana göz eylər. Keçəlin acığı dutub evə gəldi, gördü ki, anası evdə təkdi. Keçəl dedi: – Ana, nə bişirirsən? Anası dedi: – İki ovuc arpa unumuz qalmışdı, umac bişirirəm.
|
Biri vardı, biri yoxdu. İki qardaş vardı, böyük qardaşın adı Salah, kiçik qardaşın adı Valah. Bular İsfahanda olurdular. Buların hər ikisi böyük, addı şəyirdlərdilər. Bular sınıx düşdülər, kasıb oldular ki, ta nətər. Bir gün Salah Valahı çağırıb dedi: – Qardaş, gəl burdan yığışaq bir şəhərə gedək abrımız açılmasın, ayıpdı. Burdan yığışdılar, yavaş-yavaş getməyin binasını qoydular. Az getdilər, çox getdilər, dərə-təpə düz getdilər, çıxdılar bir şəhərə. Soruşdular ki, bura hankı şəhərdi?
|
Biri var imiş, biri yox imiş, bir padişah var imiş. Bu padişahın gözəl bir üzüm bağı var imiş. Padişah bir gün bağda gəzəndə görür ki, bağın tənəkləri qırılmış, xeyli üzüm dərub aparmışlar. Padişah bağbanı hizurinə istəyüb, ondan bu nə əhvalat olduğunu sorur. Bağban bir şey bilmədigini söyləyir. Padişah əmr edir ki, gecələr bağa qaravul qoysunlar, oğrunu dutsunlar. Bağa nə qədər qaravul qoyulursa, gecənin bir vəqti yatır. Oğru da gəlüb bağı talan edir. Padişahın üç oğlu var imiş. Bir gün oğluni hizurinə çağırıb, əhvalatı ona söyləyib, gecə bağda qaravul olub oğrunu dutmağı əmr edir. Böyük oğlu gecə bağa gedir. Gecədən bir neçə saat keçəndən sora yuxu bunu aparır. Sübh olanda görürlər ki, gənə də bağı xarab etmişlər.
|
Biri vardı, biri yoxdu, bir Fatı qarı vardı. Bu qarının da bir keçəl oğlu var idi, adına da Keçəl Məhəmməd diyərdilər. Fatı qarının sənəti çərçilərdən nisyə pambıq gətirib, onnan ipliy əyirirdi, aparıb bazarda satardı. Mayasını çərçilərə verərdi, qalanına da birəz çörək, bir az soğan alardı. Nənə-bala yeyib dolanardılar. Bir gün Keçəl Məhəmməd bazara çıxmışdı. Gördü elə yaxşı kişmiş satıllar ki, ağzının suyu başdadı axmağa. Amma bir pulu da yoxudu ki, bir şey alsın. Başın qarıtdıya-qarıtdıya gəldi əvlərinə. Gördü nənəsi əvdə yoxdu. Fürsət tapıb girdi içəri. Fatı qarı ipliyi kələf-kələf qayırıb asmışdı göydən. Məhəmməd tullanıb kələfin birin alıb qoydu qoynuna, üz qoydu bazara, gəlib bir baqqalın dükanının qabağında boynunu büküp durdu.
|
|
|
|