Təsadüf Azərbaycan nağılı
|
Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri - adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:
- Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər. Dedilər:
- O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
|
Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padişah var idi. Bu padişahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə diyirlər:
– Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik.
Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qovunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməyəyə qoyub ataları üçün yolladılar. Padişah qovunu görüb tez vəziri çağırtdırdı:
– Vəzir bu qovunlar nə olan işdir?
|
Biri varmış, biri yoxmuş. Meşə Göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir Qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan xeyli uzağa düşdü. Çayın axarı Qarışqanı xeyli uzağa apardı. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa Göyərçinə dedi:
-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
|
Biri var idi, biri yox idi, iki qardaş var idi. Bu qardaşların biri dövlətli, biri kasıb idi. Dövlətli qardaş sonsuz idi. Kasıb qardaşın Güloğlan adlı bir yaxşı oğlu var idi. Dövlətli qardaş kasıb qardaşın oğlu olduğuna paxıllıq eləyirdi. Bir gün dövlətli qardaş uzaq bir yerə qoyun satmağa gedirdi. Dövlətli qardaş kasıb qardaşına dedi: – Qardaş, gəl oğlunu qoy mənimlə getsin, qoyuna kömək eləsin. Gələndə əvəzində sənə pul verərəm. Kasıbsan, dolanarsan. Kasıb qardaş dövlətli qardaşın ürəyindəkini bilmirdi deyin, razı oldu. Dövlətli qardaş Güloğlanla qoyunları qabağına qatıb, yola düşdü.
|
Biri varıymış, biri yoxuymuş, bir kasıb qız varıymış. Bu qızın bir boyu-buxunu varıymış ki, lap pəhlivan kimi, özü də çox qoçax qızıymış. Gündə üç əppək para yeyib, üç kələf yarım da yun əyirərmiş. Elə ki, yeməyi bir gün az olurmuş, işləyə bilməzmiş, yaman gödəmbuliymiş. Günnərin birində bu qız üç əppəyi yeyir, amma parası çatmır. Odu ki, çıxıb damlarının üstünə qışqırıb ki, üçünü yedim, param vay, üçünü yedim, param vay. Elə bu hində bir tacir dəvə karvanıynan yolnan gedirmiş. Kişi qıza məəttəl qalıb qonum-qonşudan soruşur ki: – Bu niyə belə eləyir?
|
Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi, bir kişiynən bir arvad var idi. Günlərin birində iş belə gətirdi ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək, odu ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir qızı oldu, amma bu, yaman kifir qız idi.
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi: – Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim. Padşah dedi: – Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən. – Sən de, padşah, mən çarə edərəm. Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi: – Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver!
|
Qəndahar padşahının Məlik Məmməd adında bir oğlu var idi. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun əlinə su tökə bilməzdi. Özü də Qəndahar padşahının aman-zaman bir dənə oğlu idi. Məlik Məmmədi hamıdan çox istəyən qoca bir lələsi vardı. Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəml atdırıb Məlik Məmmədin baxtına baxdırdı. Hamı münəccimlər dedi ki, Məlik Məmməd on dörd yaşına çatanda itəcək, özü də ki, tapılmağı çox çətin olacaq. Bəli, bir-iki dəstə qoşun hazırlandı ki, Məlik Məmmədi qorusun. Yazıq uşağı tay heç yerə qoymadılar. Amma olacağa çarə yoxdu. Məlik Məmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. Nə qədər axtardılar, nə qədər carçılar saldılar, qasidlər göndərdilərsə uşaq tapılmadı ki, tapılmadı. Bir il keçdi, iki il keçdi, hər yerdən ümid əli üzüldü, hamı qara geyib matəmə batdı. Qoca lələ bu işə tab gətirməyib təğyir-libas elədi, çıxdı Məlik Məmmədi axtarmağa. Lələ Məlik Məmmədi axtara-axtara gəlib çıxdı İstanbula. Şəhəri gəzdi, dolandı, dolana-dolana gəlib çıxdı İstanbul padşahının sarayının qabağına. Bərk qış idi. Çoxlu da qar yağmışdı. Qarın üstündə bir yerə qan tökülmüşdü. Lələ bunu görcək, yıxılıb özündən getdi. Sənə xəbər verim İstanbul padşahının bircə qızı olan Gülnar xanımdan. Bu qız elə gözəldi ki, vəsfi aləmi tutmuşdu. Gülnar xanım oturmuşdu öz pəncərəsinin qabağında, gəlib gedənə tamaşa edirdi. Bir də lələnin qışqırıb özündən getməyin gördü. Tez o saat adamlarını göndərib onu içəri gətirtdirdi.
|
Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxdu. Bir kasıb oğlan varıdı, adına Məhəmməd deyərdilər. Bu paçcahın qızın isdiyirdi. Elçi göndərdi. Paçcah dedi: – Getsin xəbər gətirsin görək, Gül Sumana neylədi, Suman gülə neylədi? Onnan sora qızımı verərəm ona. Elçi gəldi paçcah dediyin Məhəmmədə xəbər verdi. Məhəmməd dedi: – Neynək, gedip gətirrəm. Məhəmməd durdu, düşdü yola. Günə bir mənzil, tey-mənazil, gəldi çıxdı bir şəhərə. Gördü bu şəhərdə bir maşınçı var. Paltarı tikir, qaçıynan doğruyur tökür yerə, deyir: – Gül Sumana neylədi, Suman Gülə neylədi?
|
|
|
|