Təsadüf Azərbaycan nağılı
|
Biri var idi, biri yox idi, qədim zamanlarda bir qız var idi, adı Fatmaxanım idi. Fatmaxanımın öz anası rəhmətə getmişdi. Atası ayrı bir arvad almışdı. Fatmaxanım ögey ananın əlində qalmışdı. Ögey ana Fatmaxanımla çox pis rəftar edirdi, deyirdi ki:
– İlanın acığı yarpızdan gedəndə, mənim acığım, ay qız, səndən gedir. Səni görməyə gözüm yoxdu.
Səhərdən axşama hər nə iş olsaydı, Fatmaxanıma gördürərdi. Bu arvadın qabaqkı ərindən bir qızı vardı ki, özüylə Fatmaxanımgilə gətirmişdi. Arvad öz qızına təmiz paltar geydirərdi və qoymazdı əlini ağdan qaraya vursun. Şam vaxtı bir az quru çörək qoyardı Fatmaxanımın qabağına və deyərdi:
|
Biri var idi, biri yox idi, Fatı qarı adlı bir arvad var idi. Fatı qarının qohumdan-qardaşdan, oğuldan-qızdan Daşdəmir adlı aman-zaman bir oğlu var idi. Daşdəmir çox ağıllı oğlan idi. Atası Zaman kişi hələ balaca vaxtından onun belə ağıllı olduğunu görüb Mirzə Möhsün adlı bir müəllimin yanına qoymuşdu ki, dərs oxusun. Daşdəmir bir neçə ilin içində əməlli-başlı yazıb-oxumağı öyrənmişdi. Mirzə Möhsün gündə cürbəcür köhnə kitablar oxuyardı, əhvalatlar danışardı. Daşdəmir Mirzə Möhsünü o qədər sevirdi ki, gecələr də ondan ayrılmaq istəmirdi. Ancaq iş elə gətirdi ki, Daşdəmir Mirzə Möhsündən ayrılmalı oldu.
|
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox. Orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxudu. Mən çox şilaşı yemişəm, heç belə yalan deməmişəm. Kimdən sizə deyim, əyyam qədimdə bir keçəl varıdı. Bu keçəlin də bir anası varıdı. Bunlar çox kasıb idilər. Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb bazarda satardı, onun puluna çörək alıb, gətirib yeyərdilər. Belə-belə bunlar dolanardılar.
|
Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar gəldi çıxdı bıra, başın qalxızdı gördü bir keçidi, bir qoyundu, bir də bir danadı. Ağaca çıxırlar. Canavar baxdı, o saat dana qorxusunnan uçundu özün ağacda saxlıya bilmədi. Tappıltıynan düşdü yerə. Canavar isdədi dananı parçalayıb yesin. O saat keçi ağacda çığırdı. – Dana qardaş, bərk tut canavarı gəldim. Canavar qorxudan bəyaqdı, götürüldü.
|
Biri var imiş, biri yox imiş, bir dərzi var imiş bunun da bir şagirdi varmış. Bu dərzi padşaha paltar tikirmiş ki, sabaha kimi hazır etsin. Odur ki, gecə şagirdi ilə işləməgə məşğul imiş. Dərzinin şagirdini gecənin bir vaxtı yuxu tutur; dərzi bunu gördükdə tez onu oyadır ki, qalx sabaha kimi paltar hazır olmasa padşah atamıza od vurar. Şagird uyqudan oyanıb ustadına deyir ki, qəribə yuxu görürdüm heyif oyatdın. Dərzi nə qədər bundan gördügü yuxunu söyləməyi xahiş edirsə oğlan cavab verir: – Yuxum zahir olmasa söyləmərəm. Qəzadan o gecə padşah şəhəri dolanırmış. Dolana-dolana dərzinin dükanının qabağına yetişəndə dükandan işıq gəldiyini görüb, darvazanın arasından baxanda görür ki, dərzi şagirdi ilə işə məşğuldur. Bir az qulaq asıb bunlar danışdığı sözlərin hamısını eşidir. Qərəz gecə paltarı tikib hazır edirlər və ertəsi gün şagirdin əlinə verib padşahın hüzuruna göndərir. Padşah şagirddən nə qədər soruşursa şagird ərz edir ki, yuxum zahir olmasa, söyləmərəm. Axırda padşahın açığı tutub bunu zindana salır. Padşah gündə bir dəfə şagirdi hizuruna istəyib gördüyü yuxunu buna söyləməyi əmr edirsə, şagird cavab verir ki, and olsun sənin tacına yuxum zahir olmamış söyləmərəm. Gənə padşahın acığı tutub onu zindana saldırdı.
|
Bir kişi vardı. Bunun da bir arvadı vardı, adına Xanpəri deyərdilər. Bu kişi yarımmolla bir adamdı. Buna da molla deyərdilər. Bir gün Xəmpərinin getmişdi hamama. İrəmdərin arvadı bunu döyüp qavmışdı, qoymamışdı yuyuna. Gəldi axşam dedi: – Əşi, irəmdərriyi öygəndin öygəndin, örgənmədin, səndə oturmayacağam. Kişi dedi: – Ay arvad, Allaha bax, tarıya bax. Mən bunnan belə irəmdərrik örgənə billəmmi? Arvad dedi: – Xeyr, nə deyirəm, o olacax.
|
Bir var idi, bir yox idi. Bir qoca kişi var idi. Bu qocanın üç qızı var idi. Bunların anası ölmüş idi. Atası ikinci bir arvad almışdı. Arvad bir gün ərinə deyir: – Ya bu yetimləri tut, yada məni saxla. Kişinin əlacı kəsilib uşaqları aparıb buraxır çölə. Yazıq qızlar çöldə gəzirdilər. Gedib bunlar bir meşəyə çatdılar. Günü batırıb ağacda yatdılar. Səhər açıldı. Böyük bacı deyir: – Ay bacı, tozanağa bax! İkinci bacı deyir: – Yəqin padşahdır.
|
Biri var imiş, biri yox imiş. Bir kişinin bir qızı var imiş. Dişləri dəmirdən imiş. Bu qız körpə vaxtından harada toyuqdan, cücədən düşsə idi, tutub yiyərmiş. Bu qız bir qədər böyüdükdən sora başlayır xırda uşaqları, qoyun-keçiləri oğurlayıb yeyir. Axırda bunun əlindən təngə qalıb, atası aparıb bunu bir meşədə buraxıb qayıdır. Bir müddətdən sora atası oğluna deyir: – Oğlum, get, gör bacın nə haldadır, ondan bir xəbər gətir. Oğlan tədarük görüb atını minib meşəyə üz qoyur. Meşəyə yaxınlaşanda bacısı baxıb görür ki, bir atlı gəlir. Birəz diqqətlə baxanda görür ki, gələn qardaşıdır. Qız tez qardaşının qabağına yüyürüb, atını tez ağaca bağlayır, özünü də götürüb tikdiyi evdə oturdur və cəld gedib atın bir ayağını yeyib qayıdır qardaşının yanına. Deyir: – Bacın ölsün, qardaş, atın üç ayaqlımı gəlmişsən? Oğlan anlayır ki, qız atın bir ayağını yimiş. Əlacsız cavab verir: – Bəli, üç ayaqlı gəlmişəm.
|
|
|
|