Bir vardı, biri yoxdu. Bəxtiyar adında bir qoca kişi vardı. Bu kişi çox kasıb idi. Günnərin bir günündə bı kişi işdən yornux gəlib bir az çaddan, kütdən yeyip yatdı, gecə bir yuxu gördü, səhər tezdən buran kimi dedi:
– Ay arvad, heybəyə birəz caddan (darı çörəyi), şordan qoy, səfərə gedəcəyəm.
Arvat dedi:
– A kişi, nə səfər, hara səfər eliyirsən?
Dedi:
– Ay arvat, sən kişi işinə qarışma. Bir yuxu görmüşəm, gedirəm o yuxunu tapam.
Arvat nə qadır elədi ki, a kişi dəli olma, yuxuya da tamah olarmı?