Təsadüf Azərbaycan nağılı
|
Biri var imiş, biri yox imiş, uzaq keçmişlərdə qəddar bir padşah var imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir qayaya qoyarlarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbiristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tük ürpədən heybətli səs çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik edib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın qoyduğu bu qanundan heç kəs imtina edə bilməzdi.
|
Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi.
|
Bir çoban axşam vaxdı sürünü gətirirmiş kəndə. Qəbrisdannıxdan keçəndə görür ki, bir əcayib adam qəbri eşəliyir. Bı əcayibin iri bıynızdarı, uzun caynaxları varıydı.
Çoban mısır. Görür ki, bı əcayib qəbri söhdü, ölünü çıxartdı, söykədi baş daşına. Sora ölünün dabanınnan dişdədi, başdadı ordan qan axmağa. Əcayib qanı görən kimi xeyləh dala çəkilir. Çoban bilir ki, bı ölü əslində ölmüyüp, bını ölü sayıp basdırıplar. Bı əcayib də görüp ki, bı ölmüyüp, dala çəkilir ki, gəlip bıynızlarıynan vırıp onu öldürsün. Bı əcayib də Adamcıldı.
|
Biri var idi, biri yox idi, Döşgüvar adlı zülmkar bir padşah var idi. Dünyagörmüş qocaların dediyinə görə bu padşah elə cavanlıqdan əzazil adam imiş. Padşahlığı ələ almaq üçün qoca atasını da özü zəhərləyib öldürmüş imiş. Bu padşah taxta çıxan gündən camaatın günü lap qara olmuşdu. O, istəyinə çatmaq üçün yüzlərcə adamı öldürər, bircə dəfə də olsun uf deməzdi. Qonşu padşahlarla da yola getməzdi. İldə bir yerə hücum edərdi. Savaşardı, vuruşardı, qanı su yerinə axıdardı. Belə ki, hamının gözünü qorxutmuşdu. Bu padşahın uşağı yox idi. Nə qədər evlənirdisə uşağı olmurdu.
|
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Hamamçının tası yox, baltaçının baltası. Orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri vardı, biri yoxdu, bir padşah vardı. Bu padşahın on iki yaşında bir oğlu vardı. Bu padşah başqa bir padşahın qızını almaq istəyirdi, nə qədər eləyirdi, qızı buna vermirdilər. Axırda qoşun götürüb dava elədi.
|
Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Biri varıydı, biri yoxuydu, bir padşahnan vəzir varıydı. Padşah yaman darhövsələydi, amma vəzir ağıllı, səbirli, dünyagörmüş bir qocaydı. Bir gün padşah ovdan qayıdanda yolda bir qılçası axsaq, bir gözü kor qarıya rast gəldi. Qarıya yazığı gəldi, çağırıb ona pul vermək istədi. Dedi: – Ay qarı, buralarda nə gəzirsən, işin-peşən nədi?
|
Bir var idi, biri yox idi, bir tacir var idi. Tacirin varı, dövləti, o necə deyərlər, yer batırırdı. Tacirin aman-zaman bircə əziz-xələf bir oğlu var idi, adı Səlim idi. Deyərlər ki, ananın əziz oğlu hambal olar. Bu da eləcə, nə oxumaq kimi oxumuşdu, nə də ki, ticarətdən başı çıxırdı. Bir gün gəldi ki, bu tacir öldü. Bəli, yudular, basdırdılar, yeddisin elədilər, qırxın elədilər, elə ki, bir az keçdi, hamısının yadından çıxdı. Bütün dövlət qaldı Səlimə. Atalar deyiblər ki: “Ağıllı oğul neylər ata malını, sərək oğul neylər ata malını”. Lotular başladılar Səlimnən dostluq eləməyə. Az bir vaxtdan sonra atdılar, tutdular, gədəni müflis elədilər. Qızıl, pul hamısı qurtardı. Səlim düşdü evlənmək eşqinə. Böyük bir tacir var idi, onun yaxşı bir qızı var idi, Səlim ona elçi göndərdi. Tacir bilirdi ki, Səlim necə sərəyin biridi, qızı ona vermək istəmədi, dedi ki: – Gərək mənim qızımın ağırlığı qədər qızıl gələ, sonra verəm.
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın arvadının boynuna nə qədər uşaq düşürdüsə, hamısı ana bətnindən gələndə ölürdü. Nə qədər təbib, tilsim, cadu elətdirirdilərsə, heç bir fayda vermirdi. Günlərin bir günündə yenə də padşahın zənəni həmli olur. Doğmağına bir qədər qalmış, padşah zənənini öz qaynatasının yanına göndərir ki, bəlkə orda yaxşı baxalar. Gün keçir, ay dolanır, padşahın bir oğlu olur. Bəli, müjdə-müjdə üstündən gəlir. Padşah zənəninə sifariş göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir az sümüyü bərkisin, gələr, yenə bir qəza-qədər üz verər. Bunlar burda qalmaqda olsunlar, sənə kimdən xəbər verim, padşahın vəzirindən. Padşahın bir xəbis vəziri var idi. Çoxdan fürsət axtarırdı ki, onu öldürüb özü padşahlığa keçsin. Bu tərəfdən gördü ki, yox, padşahın oğlu da oldu, ta padşah ölsə də buna bir şey çatmayacaq, qət elədi ki, gərək padşahı öldürüb onun nəslini yer üzündən kəsə. Bəli, bir gecə öz adamların götürüb hücum elədi padşahın sarayına. Padşahı öldürüb özü keçdi onun yerinə, əyləşdi taxtda. Sabahısı gün öz adamlarından bir dəstə göndərdi padşahın zənəninin yanına. Bir namə də yalandan padşahın dilindən yazdı ki, bəs naxoşam, gərək durmayıb gələsən. Padşahın külfəti kəcavəyə minib bu qasidlərlə yola düşdü. Gəlib bunlar bir dağın ətəyində düşərgə elədilər. Elə ki, gecə yarıya gəldi, bu qasidlərin başçısı durub gəldi padşahın arvadının çadırına. Vəzir ona tapşırmışdı ki, arvadı da, uşağı da orda öldürsün. Gəlib girdi içəriyə, tutdu arvadın qolundan. Arvad gördü ki, bu məlunun fikri pisdi, üzün ona tutub dedi: – Sən nə kimsənəsən ki, öz padşahının arvadına sataşmaq istəyirsən.
|
Bir gün altı dul arvad bir yerdə toplaşdılar. Bunların biri təklif edir ki, gəlin hər birimiz öz başına gələni söyləsin. Arvadlar bu təklifə razı oldular. Əvvəlinci arvad başlayır: – Bir gün ərim xeyli qoyun quyruğu almışdı. Mən də biləgimi çirməyib bunu əritdim. Yağını küpələrə doldurdum, cızdağını beş-altı gün yedik. Baxdım gördüm ki, bu cızdax qurtarası deyildir. Götürüb bundan bir yastıq tikdim. Bir gün ərim həmən yasdığı başının altına qoyub yatmışdı. Bir vəqt gördüm ki, kişinin başının ortasında bir qurd var. Kişini yuxudan oyatmaq istəmədim. Tez gedib bir ağac gətirdim ki, qurdu öldürəm. Ağacı vuranda qurd öldüsə də, kişinin başı yarıldı. Kişi qorxmuş yuxudan qalxıb əhvalatı biləndən sora məni bərk döydü, özümü də boşadı. İkinci arvad deyir ki: – Ay bacım, sənin namhala bir təqsirin varmış, amma mənim ərim məni lap təqsirsiz boşadı. Bir gün kişi evə bir araba qənd gətirmişdi.
|
Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə gedirdi. Gördü bir armud ağacı var. Bunun dibi elədi ta nətər, armuddar bütün saralıb dəyib tökülüb dibinə. İrəli gəldi gördü, armud ağacının dibində bir adam oturub elə yanına düşəni yeyir, gen düşəni götürmür. Tülkü irəli yeridi, gəldi bunun yanına. – Salam əleyküm. – Əleykəssalam. Tülkü bı kişidən soruşdu: – Sənin adın nədi? Kişi dedi: – Adım Armud bəydi. Tülkü baxdı gördü, bı adam o qədər tənbəldi ki, ərindiyinnən durub, birəz aralı tökülən armuddarı yemir. Elə yanına düşəni yeyir, gen düşənə də qalır baxa-baxa. Tülkü buna dedi: – Bilirsən nə var, Armud bəy?
|
|
|
|